2023-cü il planı: "Ərdoğansız Türkiyə" layihəsi...
Tarix: 14-08-2019, 08:15
Baxılıb: 1 205
Google+ Paylaş
Tumblr Paylaş

2023-cü il planı: "Ərdoğansız Türkiyə" layihəsi...

14-08-2019, 08:15

Onların Türkiyə idarəçiliyinə gəlməsi mümkün deyil.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Məhməd Əli Şahin sabiq baş nazir Əhməd Davudoğlunun yeni partiya yaradacağı ilə bağlı iddiaları şərh edərkən deyib.
“Yeni prezidentlik sisteminə əsasən iqtidara gələ bilmək üçün 50 faizdən yuxarı səsin toplanmasını tələb olunur. Bunlar nə qədər səs toplayacaq? Bizdən bir az qoparacaqlarına ümid edirlər. Bəlkə də 2023-cü ildə partiya qura bilərlər. Ola bilsin ki, ilk turda Rəcəb Tayyib Ərdoğanın qarşısının alınması üçün cəhd göstərə bilərlər. İllərdir Ərdoğanla bir yolda olmuş, Türkiyəyə xidmət etmiş bu yoldaşların “Ərdoğansız Türkiyə” layihəsinə dəstək vermələri təəssüf doğurur”, - deyə Əli Şahin bildirib.
Xatırladaq ki, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, keçmiş Baş nazir Əhməd Davudoğlu və keçmiş nazir Əli Babacanın yeni bir partiya qurması iddiaları gündəmdədir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ