Dağlıq Qarabağla “məşğul olacaq” rus diplomat nə ilə yadda qalıb? - Ekspertlər danışır
Tarix: 29-07-2019, 22:03
Baxılıb: 909
Google+ Paylaş
Tumblr Paylaş

Dağlıq Qarabağla “məşğul olacaq” rus diplomat nə ilə yadda qalıb? - Ekspertlər danışır

29-07-2019, 22:03

Rusiya Xarici İşlər Nazirliyində keçmiş sovet respublikalarındakı münaqişələr, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan diplomat Qriqori Karasin Rusiyanın Ermənistandakı keçmiş səfiri İvan Volınkinlə əvəz ediləcək. Bu faktın özü də göstərir ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı baxış bucağından yanaşır.
Avromedia.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. 
O əlavə edib ki, İ.Volınkin Yerevanda səfir işləyərkən hər müsahibəsində və açıqlamasında Ermənistanı Rusiyanın bölgədəki əsas və əbədi müttəfiqi adlandırıb:
“Ermənilər və ruslar bir-birinə ruhən bağlıdırlar”, - deyən İvan Volınkin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident Vladimir Putinə normal məsləhət verə bilərmi?
2017-ci ildə Ermənistanın “Şant” adlı televiziya kanalının jurnalistləri işğal altındakı torpaqlardan Azərbaycan ərazilərini çəkərkən atəşə məruz qalmışdılar. Volınkin təxribat törədən erməni jurnalistlərin Azərbaycan həbçilərinin atəşinə məruz qalmasını bu sözlərlə pisləmişdi: “Humanitar hüquqların tapdalanmasına etiraz edirəm. Jurnalistlər və həkimlər hədəf götürülməməlidir”.
Bu sözləri deyərkən çəkilişin hansı ərazidə və hansı məqsədlə aparıldığı rusiyalı diplomatı az maraqlandırırdı. Volınkin bölgədə status-kvonun uzanmasına, başqa sözlə, işğalın davam etməsinə xidmət edən açıqlamaları ilə də yadda qalıb”.
Oxu.Az-a açıqlama verən siyasi analitik Elşad Mirbəşiroğlu isə deyib ki, İ.Volınkinin Rusiya xarici işlər nazirinin müavini təyin olması Ermənistan-Azərbaycan münaqişəsi vəziyyətinə əsaslı təsir göstərə bilməz.
“Bu, hələlik məlumatdır, təyinatdan sonra məsələ ilə bağlı daha qətiyyətli fikirlər söyləmək olar. Bu təyinat Dağlıq Qarabağ münaqişəsində Ermənistanın xeyrinə hər hansı vəziyyətin yaranmasını şərtləndirməyəcək. Münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun üzvləri var. Münaqişə vəziyyəti ilə bağlı bu günə kimi Rusiya XİN müavininin kim olmasından asılı olmayaraq, real dəyişiklik olmayıb.
Hesab edirəm ki, bütün hallarda Azərbaycanın bütövlükdə dünya miqyasında, regionda oynadığı rolun əhəmiyyəti, ölkəmizin potensialının davamlı olaraq artması ümumi münaqişə vəziyyəti ilə bağlı reallıqları müəyyənləşdirir. Bu reallıq ondan ibarətdir ki, Azərbaycanın münaqişə vəziyyətində mövqeləri möhkəmlənməkdədir. Hər hansı qüvvə bunun qarşısını ala bilməz. Misal üçün, son olaraq Qoşulmama Hərəkatı çərçivəsində Yekun Bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ