Bakı Moskva və İrəvanın razılığını aldı - Rus ekspert
Tarix: 27-11-2021, 23:08
Baxılıb: 1 285
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Moskva və İrəvanın razılığını aldı - Rus ekspert

27-11-2021, 23:08

Azərbaycan Qarabağ mövzusunu keçmişdə qoydu, bu mövzunu danışıqlar masasından çıxardı, sərhədlərin delimitasiyasına başlanılması barədə Ermənistan və Rusiyanın razılığını aldı.
Avromedia.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov deyib.
"Çox mühümdür ki, Moskva təkcə məsləhətçi statusuna malik olduğu ikitərəfli formatda həmin revanşist qüvvələrə əvvəlki bəyanatları dəyişdirməyə və sərhəd problemlərini Azərbaycan tərəfindən Ermənistanın suverenliyinin pozulması kimi təqdim etməyə imkan vermədi.
Ermənistan Moskva və Bakının birgə fəaliyyəti sayəsində özünün dinc, müharibəsiz gələcəyinə doğru daha bir addım atdı. İrəvanın Azərbaycanın ünvanına heç bir iradının yeni bəyanatda əksini tapmaması da erməni xalqının respublikanın siyasətinə hələ də öz təsirlərini göstərməyi davam etdirən destruktiv qüvvələr üzərində qələbəsidir. Nikol Paşinyanın Vladimir Putin və İlham Əliyevin tam qarşılıqlı anlaşması fonunda mübarizə aparmaq istəyən, lakin danışıqları uduzan tərəf kimi görünməsinə baxmayaraq, əslində, o, yalnız udmuşdu, belə ki, öz dövlətini normal həyata yaxınlaşdırdı", - Petrov vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ