Rəşad Nəbiyev Houlin Jao ilə görüşdü
Tarix: 22-10-2021, 22:28
Baxılıb: 1 167
Google+ Paylaş
Tumblr Paylaş

Rəşad Nəbiyev Houlin Jao ilə görüşdü

22-10-2021, 22:28

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao arasında videokonfrans formatında ikitərəfli görüş keçirilib.
Avromedia.az xəbər verir ki, görüşdə Azərbaycanla qurum arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə edilib.
İttifaqın Baş katibi Houlin Jao bildirib ki, Azərbaycanın İKT sahəsində beynəlxalq əməkdaşlığın daha da artırılmasında maraqlı olması sevindirici haldır.
“Prezident İlham Əliyevlə görüşlər zamanı Prezidentin çıxışlarında İKT sektorunun inkişafına önəm verdiyinin, böyük diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşam”, – deyə Baş katib vurğulayıb.
R.Nəbiyev çıxışında BTİ-nin sahə üzrə faydalı əməkdaşlıq platforması olduğunu söyləyərək Azərbaycanla BTİ-nin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Eyni zamanda region ölkələri arasında İKT sahəsi üzrə aparılan müzakirələrdə BTİ-nin uğurlu vasitəçiliyi haqqında danışılıb.
Azərbaycanın gələn il Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Səlahiyyətli Konfrans zamanı keçiriləcək seçkilərdə BTİ Şurasının üzvü kimi yenidən seçilmək üçün öz namizədliyini irəli sürəcəyi diqqətə çatdırılıb.
H.Jao Azərbaycanla BTİ arasında qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ