Azərbaycan Təkamül Partiyasının  B Ə Y A N A T I
Tarix: 24-09-2021, 17:26
Baxılıb: 1 414
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Təkamül Partiyasının B Ə Y A N A T I

24-09-2021, 17:26

Xarici havadarlarının hərtərəfli siyasi-iqtisadi-hərbi yardımları sayəsində Azərbaycan torpaqlarını işğal edən və 30 ilə yaxın müddət ərzində onları işğal altında saxlayan Ermənistan, bunlarla kifayətlənmək istəməmiş, yenə də havadarlarına arxyın olaraq, işğalı genişləndirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atmışdır.
Buna cavab olaraq Azərbaycan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri və rəhbərliyi ilə, işğala məruz qalmış torpaqlarımızın azad edilməsi məqsədilə sentyabrın 27-də Vətən Müharibəsinə başlamışdır. Arxa cəbhədə çalışan mülki insanlarımız, mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, bütövlükdə xalqımız əzm və iradə, həmrəylk nümayiş etdirərək Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşmişdir. Bu birliyə, həmrəyliyə arxalanan əsgər və zabitlərimiz 44 gün ərzində misilsiz qəhramanlıq, əzm və sücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endirmiş, qanalrı və canları hesabına torpaqlarımızı yağı düşməndən azad etmişdir. Vətən Müharibəsində Silahlı Qüvvələrimiz 3000-nə yaxın şəhid vermis, yüzlərlə əskər və zabitlərimiz müxtəlif dərəcəli bədən xəsarəti almış, sağlamlıqlarını itirmişlər.
Xalqımız hər zaman mübariz oğul və qızlarının vətənpərvərliyini, şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daima uca tutur. Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Təkamül Partiyası Anım Gününün qeyd edilməsi haqqında Prezidentin Sərancamını dəstəklədiyini bəyan edir və bunu şəhidlərimizin ruhuna dərin ehtiram əlaməti hesab edir!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ