“Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib
Tarix: 16-09-2021, 19:12
Baxılıb: 1 141
Google+ Paylaş
Tumblr Paylaş

“Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib

16-09-2021, 19:12

Rusiya hökumətinin rəsmi mətbuat orqanı olan “Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib. Qəzetdə yer alımış “Şamxor: Rus dəstəsi 195 il əvvəl Fars ordusunun avanqardını əzdi” ((“Шамхор: русский отряд разбил авангард персидской армии 195 лет назад”) adlı məqalədə Azərbaycanın XIX əsrin əvvəllərinə dair tarixi faktlar saxtalaşdırılıb. Oleq Qalitskix adlı müəllifin məqaləsində Azərbaycan xanlıqları Şərqi Ermənistan (“Восточная Армения”) adı altında təqdim edilib. Ən əsas məqamlardan biri də budur ki, Qalitskix qədim Azərbaycan şəhəri olan Şuşanı erməniləşdirib, onu “Şuşi” kimi təqdim edib. Müəllif həmçinin 1828-ci ilin Türkmənçay müqaviləsi ilə bağlı tarixi faktları da saxtalaşdırıb.
Açığı, Rusiyanın kütləvi informasiya vasitələrindəki Azərbaycana münasibətdə qərəz tendensiyasını özünü ilk dəfə deyil ki, göstərməkdədir. Buna bir növ, öyrəşikliyik. 44 günlük Vətən Müharibəsi dönəmində biz qərəzin ən pik həddə çatdığını gördük. Elə Rusiyanın rəsmi media vasitələri də digərlərindən geri qalmırdı, əksinə bəzən onlar necə deyərlər, barıtı daha çox edirdilər. Əlbəttə, bu bizdə hiddət və qəzəb hissi doğurur.Şübhəsiz, bu məqalə də sifarişlidir. Oleq Qalitskix adlı müəllifin ermənilərin sıx məskunlaşdıqları, çoxluq təşkil etdiləri Krasnodardan olması, Soçidə yaşaması çox mətləblərdən xəbər verməkdədir.Çox təəssüf, Rusiya kimi dövlətin rəsmi kursunu ifadə edən KİV-lər belə erməni təbliğatının girovuna çevrilməkdədirlər və görünən budur ki, erməni xəstəliyinin təsirindən çıxa bilməyəcək qədər miskin durumdadırlar. Tarixə nəzər salmaq, həqiqətləri görmək o qədər də çətin deyil. Həqiqətləri görmək, reallığı təsvir etmək, obyektivlik isə həm də peşəkarlıq məsələsidir. Ən təəssüf doğuran məqam ondadır ki, Rusiya mediası ermənilərlə bağlı məsələdə peşəkarlığı təəssübkeşliyin qurbanına çevirirlər. Beləcə həm də eyni xəstəliyin daşıyıcısına çevrilirlər.
Əflatun Amaşov
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ