Bizə açıq müqavimət göstərənlər var - Rektordan şok
Tarix: 16-07-2019, 12:18
Baxılıb: 1 753

Bizə açıq müqavimət göstərənlər var - Rektordan şok

16-07-2019, 12:18

Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) aparılan dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var.
Teleqraf.com xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.
O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır:
"Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq".
Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır:
"Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə, həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ