Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət olundu
Tarix: 14-07-2021, 22:13
Baxılıb: 1 183
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət olundu

14-07-2021, 22:13

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.
Avromedia.az xəbər verir ki, səfirliyin müraciətində deyilir:
"Azərbaycan Respublikasının vətəndaşlarının Rusiya Federasiyası ərazisində hüquqi vəziyyətinin tənzimlənməsi məsələsi ilə əlaqədar aşağıdakıları bildiririk.
Məlum olduğu kimi, Rusiya Federasiyası Prezidentinin 15 iyun 2021-ci il tarixli 364 nömrəli Fərmanına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti 2021-ci ilin 30 sentyabr tarixinədək uzadılıb.
Bununla bağlı, Rusiyanın müvafiq qurumlarından daxil olmuş məlumata əsasən, xarici vətəndaş hüquqi vəziyyətini tənzimləmək üçün ən qısa müddət ərzində faktiki olduğu yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət etməlidir. Bu zaman o, Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün müddətin uzadılması haqqında əsaslandırılmış ərizə və şəxsiyyətini təsdiq edən sənədi, həmçinin Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddətinin uzadılması haqqında nişanın qoyulması məqsədi ilə miqrasiya kartını (olduğu təqdirdə) təqdim etməlidir.
Miqrasiya kartı itirildiyi və ya zədələndiyi təqdirdə, xarici vətəndaş miqrasiya kartının dublikatını almaq üçün faktiki olduğu yerdə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının miqrasiya məsələləri üzrə bölməsinə müraciət edərkən bu haqda məlumat verməlidir. Miqrasiya kartının dublikatı verilərkən, Rusiyaya səfərin daha əvvəl elan edilmiş məqsədinin dəyişdirilməsi nəzərdə tutulmur.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya Federasiyası ərazisində hüquqi statusu tənzimlənməmiş 100 minə yaxın Azərbaycan Respublikasının vətəndaşı vardır.
Yuxarıda qeyd edilənləri diqqətə alaraq, Səfirlik hüquqi statusu tənzimlənməmiş Azərbaycan Respublikasının vətəndaşlarından Səfirliyin bu məlumatını nəzərə almağı və ən qısa müddət ərzində lazımi tədbirlər görməyi təkidlə xahiş edir"
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ