Ayətullah Ərafi: "Bütün Qarabağ torpaqları Azərbaycana qayıtmalıdır"
Tarix: 1-03-2021, 15:35
Baxılıb: 2 823
Google+ Paylaş
Tumblr Paylaş

Ayətullah Ərafi: "Bütün Qarabağ torpaqları Azərbaycana qayıtmalıdır"

1-03-2021, 15:35

"İslam İnqilabının rəhbərinin və bizim din alimlərimizin fikirlərinə əsasən bütün islam torpaqları dəyərlidir. Bu torpaqlar, millət, irq, məzhəb və dil kimi faktorların fövqündə olan məsələdir. Biz birlik haqda düşünür, fiqhimiz də bizi birliyə çağırır....Regiondan kənarda olan güclər bu məsələyə müdaxilə etməməlidirlər. Heç bir fikir də məzhəb zorakılığı və terrorçuluq düşüncəsinə bəhanə ola bilməz. Bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır.”
GunAz.az xəbər verir ki, bunu İranın Dini təhsil ocaqlarının sədri Ayətullah Əlirza Ərafi bu gün Qum şəhərində Qarabağla bağlı keçirilən beynəlxalq konfransda çıxışında deyib.
İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Qarabağın azadlığı ilə bağlı fikirlərini açıqlayan Ayətullah Ərafi Qarabağın Qum Elmiyyə hövzəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
O çıxışının bir hissəsində bildirib ki, bütün Qarabağ bölgəsi Azərbaycana qayıtmalıdır.
"Biz İslam torpaqlarının ələ keçirilməsi və işağlını səhv addım hesab edir, onun qarşısında göstərilən müqaviməti müqəddəs hesab edirik. Azərbaycan Respublikasının torpağı, onun bölgələri Qum Elmiyyə hövzəsi üçün elmi, irfani və dini baxımdan dəyər hesab edilir”
Beynəlxalq sərhədlərin toxunulmazlığının mühüm olduğunu deyən Ayətullah Ərafi sözünü belə davam edib:
"Bütün bölgələrin sakinlərinin hüquqlarına hörmətlə yanaşılmalı və riayət edilməlidir. Burada müsəlmanla qeyri-müsəlman arasında fərq yoxdur. Müsəlman ölkələrində bütün sakinlərin hüquqlarına hörmətlə yanaşılmalıdır.”

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ