İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır
Tarix: 25-02-2021, 11:42
Baxılıb: 2 521
Google+ Paylaş
Tumblr Paylaş

İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır

25-02-2021, 11:42

Partiya sədri: «Siyasi partiyalar PA rəsmiləri ilə daimi əlaqədə olmaqla, müxtəlif məsələləri müzakirə etmək imkanına malikdirlər»İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır
 
«Faktiki olaraq partiyaların öz qanunu, öz siyasəti var. Bu günkü gündə fəaliyyət göstərən iqtidara müxalif və ya iqtidar yönlü Partiyaların Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi ilə dialoqu bir ildən çoxdur ki, davam edir və buna heç kim vasitəçilik etmir, heç buna lüzum da yoxdur». Bunu Cümhyriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirib
Onun sözlərinə görə, müəyyən məsələlər müzakirə olunaraq qarşılıqlı öz həllini tapır: «Əvvəlki dövrlərə nisbətən indi münasibətlər daha sıx əlaqədədir. İstənilən partiya sədri, istər Ədalət müəllimlə və ya şöbənin işçiləri ilə əlaqə saxlayıb, ümummilli məsələlərdə ortaq məxrəcə gələ bilir. Bu 44 günlük müharibədə də öz nəticəsini verdi və ümid edirəm ki, bundan sonra gələcəkdə də sıx əlaqələr qurularaq xalq-hakimiyyət birliyi yolunda da yaxşı nəticələr əldə edəcəyik.
Hesab edirəm ki, ölkənin nazirlikləri ilə də əlaqələr qurulmalıdır. Bu ümummilli məsələdə daha da effekt verəcəkdir».
«Əvvəlki illərdə müxtəlif ölkələr, beynəlxalq təşkilatlar Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirməyə təşəbbüs göstərdilər. Bir neçə belə tədbir keçirilsə də istənilən nəticəyə nail olunmadı». Bu fikirləri İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımırAzərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.
O, qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə administrasiyanın strukturunda xüsusi şöbənin yaradılması bu işi yüksək səviyyəyə qaldırmağa imkan verdi: «Bu gün iqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır, fasiləsiz bir proses kimi davam edir. Siyasi partiyalar administrasiya rəsmiləri ilə daimi əlaqədə olmaqla, müxtəlif məsələləri müzakirə etmək imkanına malikdirlər. Eyni zamanda, müxtəlif mövzularda onlayn konfransların təşkili siyasi partiyaları narahat edən məsələləri gündəliyə gətirməyə imkan verir. Bu sahədə görülən işlər bir həqiqəti təsdiq edir: dialoq aparmaq üçün bizim heç bir xarici vasitəçiyə ehtiyacımız yoxdur. Birbaşa əlaqələrin olması həm iqtidarla siyasi partiyaların dialoqunu daha səmərəli edir, həm də yüksək səviyyədə əməkdaşlığın qurulmasını təmin edir. Vətən müharibəsi zamanı 50 siyasi partiyanın Ali Baş Komandanı dəstəkləyən bəyanat verməsi bunun bariz sübutudur».
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə bildirib ki, Azərbaycanın vasitəçilərdən son 30 ildə xeyir görmədiyi, öz işlərimizi özümüzün həll etməyimizdən daha çox fayda götürdüyümüz artıq sübuta yetib: "Xüsusilə son 44 günlük müharibədə bu, tam sübuta yetirildi.İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımır
30 ilə yaxın idi Minsk qrupu bizə vasitəçilik edirdi və heç bir müsbət effekti yox idi. Azərbaycan özü məsələni həll elədi. İkincisi, Azərbaycanda siyasi palitrada münasibətlərin tənzimlənməsi bizim öz daxili işimizdir. Azərbaycan bir ailədir, İstanbulun əhalisinin yarısı qədər əhalisi olan ailə. Burada siyasi, ictimai məsələlərdə, münasibətlərdə hansısa xarici qüvvələrin vasitəçilik eləməyinə heç bir ehtiyac yoxdur. Üstəlik də hakimiyyətlə siyasi partiyalar arasında müzakirələrdə elə məsələlər ola bilər ki, onlar dövlət sirri xarakteri daşıyar, elə məsələlər olar sırf hakimiyyətlə siyasi partiyanın, müxalifətin arasında bilinməli olan məsələ olar. Ona görə də xarici vasitəçinin təşkilatçılığı ilə baş tutan görüşlərin bu baxımdan da zərəri var».
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin yeni İqtidar-müxalifət dialoqu mövsümi xarakter daşımırsiyasi konfiqurasiyasının formalaşması siyasətində sağlam siyasi dialoq prinsipi həlledici yer tutur:
«Məhz bunun nəticəsidir ki, bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti sözügedən dialoq prosesinin fəal iştirakçılarına, aktorlarına çevrilib. Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafının əsas zəmanətçisi bilavasitə Prezident İlham Əliyevin özüdür. Dialoq amili cənab Prezidentin dövlətçilik siyasətinin əsas prioritetlərindən biridir. Bu da olduqca təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında YAP və iqtidaryönümlü partiyalarla yanaşı, müxalifət partiyaları da yaxından iştirak edirlər. Bu isə bilavasitə dialoq və demokratik münasibətlərin göstəricisidir. Bu proseslərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə
əlaqələr şöbəsi moderatorluq və yönləndiricilik missiyasını çox mükəmməl şəkildə yerinə yetirir. Şöbənin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri və ictimai fəallarla müntəzəm görüşləri təşkil olunur. Bu gün ölkəmizdə demokratiyanın vacib elementlərindən biri kimi siyasi partiyaların fəaliyyətinə hər cür şərait yaradılmaqdadır. Ölkədə çoxpartiyalı sistem inkişaf etməkdədir».
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ