Yıldırım seçkilərdə niyə məğlub oldu? - AKP-çi açıqladı
Tarix: 25-06-2019, 08:20
Baxılıb: 1 225

Yıldırım seçkilərdə niyə məğlub oldu? - AKP-çi açıqladı

25-06-2019, 08:20

İki AKP-çi bir araya gəlirsə, deməli, çökürük. AKP-yə qarşı tənqidlərə fikir verilməsə, islahatlar aparılmasa, bu günləri axtaracağıq.
Avromedia.az xəbər verir ki, bu açıqlama ilə AKP-nin Ankara üzrə keçmiş rəhbəri Nədim Yamalı çıxış edib.
"AKP-də son vaxtlar intizamın itməsi, təşkilatların səlahiyyətlərinin azalması, partiyanın sistemli bir şəkildə idarə edilməməsi təəssüf ki, seçkinin nəticələrində öz əksini tapdı və bu gün gəldiyimiz nöqtə budur", - Yamalı söyləyib.
Qeyd edək ki, 23 iyunda keçirilən İstanbul bələdiyyə başqanı seçkilərində CHP-nin namizədi Ə.İmamoğlu AKP-nin namizədi B.Yıldırıma qalib gəlib.Axar.az
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ