Putin Qarabağla bağlı BMT və ÜST-ə müraciət etdi
Tarix: 20-11-2020, 23:09
Baxılıb: 1 124
Google+ Paylaş
Tumblr Paylaş

Putin Qarabağla bağlı BMT və ÜST-ə müraciət etdi

20-11-2020, 23:09

Rusiya Prezidenti Vladimir Putin BMT strukturları, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Ərzaq Proqramı kimi təşkilatları Qarabağda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin nümunəsini izləməyə çağırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Səfərbərlik və beynəlxalq yardım vəzifəsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür işlərin əsası sülhməramlılarımız sayəsində yaradıldı. Bilirəm ki, bir çox ölkələrdə insanlar Dağlıq Qarabağdakı vəziyyətdən narahatdırlar, orada çox çətin vəziyyətdə olan insanlar üçün narahatlıq keçirirlər. Lakin hazırda humanitar təşkilatların əməkdaşları üçün təhlükəsiz şərait yaradılıb, təmin edilib”, - deyə V.Putin bildirib.
Onun sözlərinə görə, bu sahədə lider rol Beynəlxalq Qırmızı Xaç Komitəsinə düşür, qurumun prezidenti isə təşkilatın İrəvanda və Bakıda aktivliyini genişləndirməyə hazır olduğunu bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ