Ukraynadakı azərbaycanlılar seçkilərdə namizəd oldu
Tarix: 24-10-2020, 22:26
Baxılıb: 1 146
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynadakı azərbaycanlılar seçkilərdə namizəd oldu

24-10-2020, 22:26

Ukraynada yaşayan soydaşlarımız oktyabrın 25-də bu ölkədə keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərdə namizədliklərini irəli sürüblər.
Avromedia.az xəbər verir ki, ilk dəfədir azərbaycanlılar çox sayda şəhər və vilayət şuralarında deputatlığa namizədliklərini veriblər. Belə ki, Kiyev, Odessa, Dnepropetrovsk, Nikolayev, Poltava, Vinnitsa, Sumı, Çerniqov, Herson vilayətlərindən 20-dən çox azərbaycanlı seçkilərdə iştirak edir. Onlar seçki kampaniyası dövründə fəal təbliğat-təşviqat işləri ilə məşğul olublar.
Qeyd edək ki, seçkilərdə oktyabrın 24-də “sükut günü” elan edilib. Ukrayna polisi sentyabrın 5-dən başlayan seçki prosesi dövründən bu günə qədər seçki qanunvericiliyinin pozulmasına görə 622 cinayət işi açıb. Ümumilikdə isə seçki qanunvericiliyinin pozulması hallarına görə 7877 müraciət araşdırılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ