ABŞ-da Qarabağa dəstək aksiyası keçirildi
Tarix: 24-10-2020, 21:11
Baxılıb: 1 134
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-da Qarabağa dəstək aksiyası keçirildi

24-10-2020, 21:11

ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Qarabağa dəstək aksiyası təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Avromedia.az-a verilən məlumata görə, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.
Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb, özbək icmasının nümayəndələri iştirak edib. Tədbirdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Erməni yalanlarına son qoyun!, “Gəncə üçün ədalət!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.
Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsində dəstəklədiyini bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ