“Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər”
Tarix: 19-10-2020, 22:56
Baxılıb: 1 143
Google+ Paylaş
Tumblr Paylaş

“Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər”

19-10-2020, 22:56

Mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsədrləri heç bir nəticəyə nail olmasalar da, - buna görə də haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, - lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Buna görə də mən bu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil.
Avromedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-a müsahibəsində deyib.
“Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi var idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim”, - İlham Əliyev bildirib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ