Bu hadisəni qəti şəkildə pisləyirik - Liviyalı diplomat
Tarix: 17-10-2020, 22:11
Baxılıb: 1 152
Google+ Paylaş
Tumblr Paylaş

Bu hadisəni qəti şəkildə pisləyirik - Liviyalı diplomat

17-10-2020, 22:11

Gəncədə həlak olanların ailələrinə, Azərbaycan hökumətinə dərin hüznlə başsağlığı verirəm. Onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.
Avromedia.az xəbər verir ki, bunu Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Gəncədə yerli sakinlərlə görüşdə söyləyib.
“Mənim ölkəm də terrordan əziyyət çəkir. Müharibədən əziyyət çəkən ölkənin vətəndaşı kimi qeyd edirəm ki, biz Azərbaycan xalqının yanındayıq. Bu müharibədə biz Azərbaycan xalqını dəstəkləyirik. Biz sizinlə həmrəyik. Bu hadisəni qəti şəkildə pisləyirik”, - deyə Əşrəf Adəm bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncənin mərkəzi hissəsinə raket zərbəsi nəticəsində ilkin məlumata görə, 14 nəfər həlak olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. İki uşaq itkin düşüb, axtarış-xilasetmə əməliyyatları davam edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ