Düşmənin acı məğlubiyyəti
Tarix: 17-10-2020, 08:00
Baxılıb: 2 521
Google+ Paylaş
Tumblr Paylaş

Düşmənin acı məğlubiyyəti

17-10-2020, 08:00

Teyyub Qənioğlu,
Təkamül Partiyasının sədri 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı silahlı qüvələrimiz addım-addım torpaqlarımızı yağı düşməndən azad etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsində qeyd etdiyi kimi rəşadətli ordumuz tərəfindən daha 8 kəndimiz işğaldan azad edilmişdir! Cəbhədə ağır məğlubiyyətə uğrayan düşmən "danışıq tonuna" reaktə etsə də, yenə də öz niyyətindən əl çəkmək, torpaqlarımızı işğaldan azad etmək fikrində deyil.

Acı məğlubiyyətin qapılarını döydüyünü görən separatistlər artıq sülh danışıqlarından danışmağa başlasalar da, öz məkrli niyyətlərindən əl çəkmək istəmirlər. Belə ki, Qarabağdakı seperatçı rejimin rəhbəri Arayik Aarutyunyan sosial şəbəkə hesabından "xalqa" video müraciət edərək məğlubiyyətlərini etiraf edib və deyib ki: "Azərbaycan Ordusunun qarşısını almaq üçün yeganə yolumuz atəşkəsdir.Biz ilkin şərtlər olmadan (?) atəşkəsə hazırıq və sülh yolu ilə danışıqları davam etdirməyin tərəfdarıyıq, baxmayaraq ki, onsuz da sülh yolu ilə mümkün deyil, lakin hələ də gec deyil". Deyəsən bu faşist təbiətli, insan qanına susamış guzğun nə dediyini özü də başa düşmür. Əgər torpaqlarımızın azad edilməsi "sülh yolu ilə mümkün deyil"sə, onda bu danışıqların nə əhmiyyəti var cənab quzgun?
Separatçıların ağır məğlubiyyətə uğraması təkcə onları deyil havadarlarını da, xüsusilə Rusiyanı, cidd narahat etməkdədir. 30 ilə yaxın bir müddətdə ATƏT -in uzdəniraq Minsk Qrupunun həmsədrlərindən biri kimi, torparlarımımız işğaldan azad edilməməsi, orada işğalçı ermənilərin möhkəmlənməsi üçün əlidən gələnddən də artığını edən Rusiyanın Xarici İşlər Nazri S.Lavrov utanmadan yenə də sülh danışıqlarından bəhs edir. Bu gün jurnalistlər üçün geniş mətbuat konfransı keçirən S.Lavrov Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayaraq bildirib ki: “Danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənstan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə (!), regionun statusunun müəyyən edilməsinə qədər5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Bütün bu müddət ərzində bölgədə sülh sülhməramlılar tərəfindən həyata keçiriləcək”(?). Bax belə! S. Lavrovun iştahasını görürsünüzmü? O, nəinki işğal faktını yenə də illərlə uzatmaq istəyir, həm də, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edir. Regionda baş verən son hadisələri və mövcud durumu nəzərə almaq istəməyən S.Lavrov həmçinin bildirib ki, Ankaranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Moskva tərəfindən qəbul edilmir və əlavə edib ki:“Türkiyəni heç vaxt strateji tərəfdaşımız kimi təsnif etməmişik”. Cənab S.Lavrovun nəzərinə bir daha çatdırmaq istəyirik ki, Azərbaycanın haqq işini dəstəkləyən Türkiyə bunun üçün Rusiyanın razılığını almaq fikrində deyil! Rusiyanın faşitpərəst, işğalçı, beynəlxalq hüquqa tüpürən, səfil və dönük Ermənistanın insanlığa yaraşmayan hərəkətinə dəstək verməkdənsə Azərbaycanın haqq işinə dəstək verməsi daha düzgün olardı. Ermənipərəstlər unutmasınlar ki, Azərbaycan xalqının tam və qəti dəstəyinə arxalanan şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz ərazi bütövlüyünü təmin edəcəkdir! Əgər Rusiya öz cənub sərhədlərində daha bir antirus dövlətin meydana gəlməsini istəmirsə, öz ermənipərəst mövqeyindən əl çəkməli, haqqın tərfini tutmalıdır!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ