XİN-dən Rusiyaya cavab: Terrorçuları İrəvan gətirir...
Tarix: 30-09-2020, 22:50
Baxılıb: 1 148
Google+ Paylaş
Tumblr Paylaş

XİN-dən Rusiyaya cavab: Terrorçuları İrəvan gətirir...

30-09-2020, 22:50

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub.
Avromedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib.
Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, - bəyanatda qeyd olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ