BMT-də qapalı iclas keçirildi-QARABAĞLA BAĞLI
Tarix: 30-09-2020, 08:23
Baxılıb: 3 224
Google+ Paylaş
Tumblr Paylaş

BMT-də qapalı iclas keçirildi-QARABAĞLA BAĞLI

30-09-2020, 08:23

BMT Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycanı hərbi əməliyyatlara dərhal son qoymağa çağırıb.
Avromedia.az-ın “TASS”a istinadən məlumatına görə, bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasının sədri, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarri keçirilən qapalı məsləhətləşmələrin nəticələri barədə jurnalistlərə açıqlamasında bildirib.
“BMT TŞ üzvləri münaqişə tərəflərinə qarşı Baş katibin hərbi əməliyyatları dərhal dayandırmaq, gərginliyi azaltmaq və dərhal danışıqlara qayıtmaq çağırışını dəstəkləyirlər”, – o deyib.
O, həmçinin münaqişə tərəflərinin nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsini istisna etməyib. “Əgər bu, zərurət olarsa, onların qarşılıqlı anlaşmaya gələ bilməsi üçün biz hər iki səfirlə (Ermənistan və Azərbaycan – red.) danışacağıq”, – Abarri əlavə edib.
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ