Ərdoğandan Azərbaycana dəstək verən partiyalara: Şəxsən...
Tarix: 28-09-2020, 23:05
Baxılıb: 1 137
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğandan Azərbaycana dəstək verən partiyalara: Şəxsən...

28-09-2020, 23:05

Azərbaycana səmimi və güclü dəstək verdiyi üçün Qazi Məclisimizi səmimi qəlbdən təbrik edirəm.
Avromedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib.
“Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu güclü bir şəkildə təsdiq edən bu ortaq açıqlamada imzası olan siyasi partiyalarımıza şəxsən öz adımdan və millətimiz adından təşəkkür edirəm”, - Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiya ortaq açıqlama ilə birmənalı şəkildə Azərbaycanı dəstəklədiklərini təsdiq edən sənəd imzalayıblar. Açıqlamada ifadə olunur ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır. Bu haqsız işğalın aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına uyğun şəkildə sülh məqsədli həll variantını dəstəklədiyimizi təkrar edirik. Beynəlxalq ictimaiyyəti bugünə qədər Ermənistanın işğalı və məsuliyyətsiz hücumları səbəbindən zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ