Ceyhun Bayramov Pakistanın yeni səfiri ilə Qarabağ münaqişəsini müzakirə etdi - FOTO
Tarix: 28-09-2020, 22:18
Baxılıb: 1 176
Google+ Paylaş
Tumblr Paylaş

Ceyhun Bayramov Pakistanın yeni səfiri ilə Qarabağ münaqişəsini müzakirə etdi - FOTO

28-09-2020, 22:18

Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul edib.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək əməkdaşlıq, habelə çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.
Sonra XİN başçısı 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı barəsində danışaraq, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini  və kəndlərini atəşə tutduğunu və nəticədə mülki əhali arasında itkilərin olduğunu diqqətə çatdırıb. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən nazir Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirib. Bu xüsusda, nazir qardaş ölkə olan Pakistanın hər zaman olduğu kimi bu gündə nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib. 
Öz növbəsində səfir Bilal Haye ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Səfir, həmçinin Azərbaycanın haqlı mübarizəsində Pakistanın hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.




скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ