İrəvanı qorxuya salan əsas – Pərdəarxası məqam
Tarix: 30-07-2020, 23:13
Baxılıb: 1 067
Google+ Paylaş
Tumblr Paylaş

İrəvanı qorxuya salan əsas – Pərdəarxası məqam

30-07-2020, 23:13

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə hər iki ölkənin quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən hərbi təlimlər Ermənistanda ciddi narahatlıq doğurub. Ermənistan rəsmiləri, ekspertləri bu təlimlərlə bağlı böyük ajiotaj yaratmağa çalışırlar. Maraqlıdır ki, Azərbaycan və Türkiyə bundan öncə də birgə təlimlər keçirib, lakin İrəvan ilk dəfədir bu qədər qorxuya düşür.
Məsələ ilə bağlı Avromedia.az-a açıqlama verən politoloq Eldar Namazov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana ultimatum, Azərbaycana dəstək bəyanatı rəsmi İrəvanı qorxuya salıb:
“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatına bir çox dünya ölkələri reaksiya verdi. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çox vacib və əhəmiyyətli bir çıxış etdi. Həmin çıxışda o, açıq şəkildə dedi, necə ki 100 il öncə babalarımız Qafqaza gələrək azərbaycanlı qardaşları ilə birlikdə çiyin-çiyinə döyüşdü, biz də bu gün heç tərəddüd etmərik. Bu çıxış təkcə ermənilərə deyil, onlara havadarlıq edən qüvvələrə də yönəlmiş bir ultimatum idi. Bu gün başda Ermənistan olmaqla, bütün dünya ölkələri bilir ki, Ərdoğan bir şeyi dedisə, mütləq edir”.
Politoloqun sözlərinə görə, Ermənistanı narahat edən başqa məqamlar da var:
“Məlum Tovuz hadisələri Ermənistana unudulmaz bir dərs verdi. Rəsmi İrəvan Tovuza səbəbsiz hücum etməmişdi. Düşmən yaxşı bilirdi ki, Azərbaycanın meqa-layihələri məhz burdan keçir. Ermənistan bu yolla Azərbaycana zərbə vurmağa çalışırdı. Lakin unutduqları çox vacib bir nüans var idi: Azərbaycanın regionda həyata keçirdiyi meqa-layihələr bir çox güclərin də maraqlarına uyğundur. Məhz buna görə ermənilərin Tovuz təxribatını başda Qərb olmaqla, heç kəs müdafiə etmədi. Bu mənada deyə bilərik ki, bəli, bundan öncə də regionda Türkiyə və Azərbaycan ordularının hərbi təlimləri keçirilirdi, lakin indi Ermənistanı qorxuya salan əsas səbəb Qərb havadarlarının maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşməsidir”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ