Almaniyadan Qarabağla bağlı ermənilərə şok
Tarix: 22-05-2020, 23:18
Baxılıb: 1 080
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyadan Qarabağla bağlı ermənilərə şok

22-05-2020, 23:18

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır.
Avromedia.az xəbər verir ki, Almaniya XİN Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edib.
XİN-in məlumatında bildirilir: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq, qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".
"Bununla əlaqədar, Almaniya Xarici İşlər Nazirliyi yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb", - XİN-dən bildirilib.
Bu bəyanat yayıldıqdan sonra qondarma rejimi nümayəndəliyinin Feysbuk və Tvitter sosial şəbəkələrindəki hesabları bağlanıb.
Bundan əlavə, qondarma rejimin Almaniya domeni olan saytı deaktiv edilib. Separatçılar bu saytın köməyi ilə Almaniyadan Azərbaycanın işğal edilmiş ərazilərinə turizm təşkil etməyə çalışırdılar. Arutyun Qriqoryan özü də Feysbuk səhifəsini silib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ