Qarabağla bağlı tarixi qətnamədən 10 il keçir
Tarix: 20-05-2020, 21:49
Baxılıb: 1 119
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağla bağlı tarixi qətnamədən 10 il keçir

20-05-2020, 21:49

Mayın 20-də Avropa Parlamenti tərəfindən “Cənubi Qafqazda Avropa İttifaqının strategiyasına dair tələb” adlı 2216 №-li tarixi qətnamənin qəbul edildiyi gündən 10 il keçir.
Avromedia.az xəbər verir ki, qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi yer ayrılmışdır. Sənəddə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ona bitişik rayonlardan dərhal çıxarılması tələbi təsbit edilmişdi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtmaq imkanının təmin edilməsinin zəruriliyi vurğulanırdı.
Qətnamənin qəbul edilməsində Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov xüsusi rol oynayıb. O, möhkəm prinsipial mövqeyini sona qədər saxladı, ermənilər tərəfindən bu sənədin mətninə dəyişiklik edilməsi və ya heç olmasa müzakirənin sonraya keçirilməsi məqsədilə çox saylı təzyiq cəhdlərinə uymadı.
Qətnamə üzərində işin gedişində Avropa Parlamentinin tərkibinə daxil olan bütün əsas fraksiyalar və siyasi qruplar – Avropa Xalq Partiyası, liberallar, sosialistlər, “yaşıllar” konstruktiv rol oynadılar.
Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə beynəlxalq birlik tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmanın möhkəmlənməsinə sanballı töhfə oldu. Dinc nizamlama prosesi ətrafında ümumi şəraitə və dünya ictimaiyyətində Ermənistan haqqında danışıqlar prosesinin qeyri-konstruktiv tərəfi kimi qəti fikir formalaşmasına müsbət təsir göstərdi.
Qətnamə “zorakılıqla və beynəlxalq miqyasda legitimləşdirilmədən” (6-cı bənd) yaradılmış status-kvonun saxlanılmasını birmənalı şəkildə rədd etdi (2-ci bənd) və tərəfləri konstruktiv mövqe tutmağa çağırdı. Avropa Parlamenti qeyri-konstruktiv tərəf dedikdə, əlbəttə ki, o vaxt yenilənmiş Madrid prinsipləri barədə öz mövqeyinin formalaşmasını qəsdən ləngidən və artıq çoxdan razılaşdırılmış məsələlərin müzakirəsinə vaxtaşırı olaraq yenidən qayıtmağa çalışan Ermənistanı nəzərdə tuturdu. Bu, Avropanın Yerevana ünvanlanmış növbəti çağırışı idi – vasitəçilərin təkliflərini nəhayət ki, qəbul etmək və status-kvonun dondurulacağına ümiddən əl çəkmək çağırışı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ