Millilikdən uzaq olanlar…
Tarix: 19-05-2020, 17:19
Baxılıb: 1 177
Google+ Paylaş
Tumblr Paylaş

Millilikdən uzaq olanlar…

19-05-2020, 17:19

Teyyub Qənioğlu: «Siyasət "ağzına gələnləri danışanların", başqalarının əlində maşa rolunu oynayanların yeri deyil» 
«Özünü "Milli Şura" adlandıran, ancaq məlum xarici qüvvələrin təşəbbüsü ilə formalaşan və "fəaliyyətini" davam etdirən, millilikdən uzaq olan bir qrupda toplaşan "siyasət tör-töküntülərinin" videokonfrans adlandırdıqları, etikadan kənar ifadələrlə "bəzədilmiş" məzhəkəyə baxdım. Bir daha aydın oldu ki, demokratiyadan, insan haqlarından həmişə ağızdolusu danışan bu üzdəniraq "siyasətçilərin" əslində nə demokratiya, nə də insan haqları haqqında elementar təsəvvürləri belə yoxdur. Onlara xatırlatma: cənablar, demokratiyanın bir sıra fundamental prinsipləri vardır ki, onlardan da ən əsasları əks fikirliliyə hörmət, opponentlərinə münasibətdə etik davranış qaydalarına riayət etməkdir». Bu fikirləri bizimlə bölüşən Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bildirdi.
Onun sözlərinə görə, videokonfrans boyu səsləndirilən fikirlər təəssüf doğurdu: «Videokonfrans boyu səsləndirilən "yaramaz gədə", "yaramazlar", "ikiüzlü", "riyakar", "üzdəniraq", "rüsvayçı", "mən çox təəssüf edirəm ki, 41-45-də Hitler geyləri qırıb qurtarmadı..." kimi ifadələr özünü "insan haqları uğrunda mübariz" elan edən siyasətçilərə yaraşarmı və belələrini siyasətçi adlandırmaq olarmı? Ən acınacaqlı hal odur ki, bu cür təfəkkürə sahib olan üzdəniraq "siyasətçilər" hakimiyyətə gəlmək istəyirlər. Opponentlərini "bədbəxtlər", "bitmiş siyasətçi" adlandıranlar heç olmasa gündə bir dəfə olsa da, güzgüyə baxırlarmı? Bədbəxt, bitmiş siyasətçilər kimlərdir cənab Cəmi Həsənli və qadına yaraşmayan ifadələr işlədən Gültəkin xanım? Necə olur ki, sizlər Milli Məclisə "seçiləndə", sizlərə firavan həyat bəxş ediləndə bu iqtidar, onun Prezidenti möhtəşəm, hər şeyə qadir idilər, seçilməyəndə antidemokratik, insan haqlarını pozan olurlar? Məgər aydın deyil ki, sizin və sizin kimilərin "fəaliyyəti" ölkəmizdə azad, ədalətli, demokratik cəmiyyətin qurulmasına yox, revanş almağa hesablanıb».
T.Qənioğlu əlavə etdi ki, videokonfransın xeyli hissəsinin milli mentalitetimizə təmamilə yad olan "Qərbin bir nömrəli prioritet" saydığı, "həssas yanaşdığı" mövzulara, o cümlədən seksual azlıqların hüquqlarının qorunmasına həsr edilməsində məqsəd bəlli idi: «Onların əsas məqsədi hesabat verdikləri, tapşırıqlarını canla-başla yerinə yetirdikləri xarici dairələrin tapşırığını yerinə yetirməkdir. Həmçinin onlara xoş gəlmək, eyni prinsipləri bölüşdüklərini nümayiş etdirmək istəyirlər. Siyasət böyük elmdir, cənablar, bura ağına-bozuna fikir vermədən "ağzına gələnləri danışanların", öz şəxsi, xəbis mənafelərini milli, dövlət mənafeyindən üstün tutanların, başqalarının əlində maşa rolunu oynayanların yeri deyildir»!  
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ