Ölkədə korona ilə bağlı "qırmızı zona" varmı?
Tarix: 8-04-2020, 21:00
Baxılıb: 995
Google+ Paylaş
Tumblr Paylaş

Ölkədə korona ilə bağlı "qırmızı zona" varmı?

8-04-2020, 21:00

Azərbaycanda hansısa bölgədə yoluxma hallarının çoxalması ilə bağlı yayılan məlumatlar əsassızdır.
Avromedia.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakıda əhalinin sayı çox olduğundan xəstələrin sayı da nisbətən çoxdur:
"Azərbaycanın digər regionlarında elə bir fərqli yoluxma halı yoxdur. Bütün regionlarda yayılma halları eynidir. Sərhəd-keçid məntəqələri harda varsa, orda karantin rejimi mövcuddur. Azərbaycanda xüsusi qırmızı zona yoxdur. Bəzi Azərbaycana düşmən olan ölkələr hansısa bölgədə daha çox yoluxma hallarının olduğu barədə şayiələr yayırlar".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ