Elnur Allahverdiyev: “Gəlin, bu işi biz üzərimizə götürək” - FOTO
Tarix: 18-03-2020, 21:45
Baxılıb: 1 023
Google+ Paylaş
Tumblr Paylaş

Elnur Allahverdiyev: “Gəlin, bu işi biz üzərimizə götürək” - FOTO

18-03-2020, 21:45

“Dostlar! Tək bizim deyil, bütün dünyanın sınaq qarşısında olduğu günlərdə ilk işimiz ehtiyacı olanlara imkan çərçivəsində kömək etmək olmalıdır. İçimizdə yaşlılarımız, fiziki imkanları məhdud olanlarımız, xəstələrimiz varsa, çalışaq onlara əl tutaq”. 
Avromedia.az xəbər verir ki, bu sözləri millət vəkili Elnur Allahverdiyev “Facebook” hesabında yazıb. 
“Qarşıdan Novruz bayramı gəlir. Onlardan bəziləri bayram bazarlığı üçün dükana-bazara çıxmaqdan ehtiyat edə bilərlər. Gəlin, bu işi biz üzərimizə götürək. Qonşularımıza, küçə və məhəlləmizə nəzər yetirək. Ölkəmizin COVİD-19 virusuna qarşı səfərbər olduğu vaxtda, bizim də bu mübarizəyə öz vətəndaşlıq borcumuzu yerinə yetirməklə qatqımız olsun”, - deyə deputat əlavə edib.  







скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ