Siyasi dialoq cəmiyyətin zəruri elementidir
Tarix: 16-03-2020, 15:36
Baxılıb: 2 496
Google+ Paylaş
Tumblr Paylaş

Siyasi dialoq cəmiyyətin zəruri elementidir

16-03-2020, 15:36

Son həftələr siyasi partiyaların fəaliyyəti gündəmin mövzusu olduğundan düşündüm ki, mən də partiya sədri olaraq bu aktivləşməyə münasibətimi bildirim. Təbiidir, bu da təsadüfi deyil. Əslində, bu gün ən yüksək səviyyədə siyasi partiyaların liderlərinin,  2018-ci il prezident seçkilərindən sonra iqtisadi, siyasi, kadr islahatlarının bütün sahələri əhatə etməsi və bu il daha da dərinləşməsində oynayacağı rol müzakirə predmetidir. Cənab prezidentin VI çağırış Milli Məclisin ilk iclasında dediyi sözlər buna bariz nümunədir. Dövlət quruculuğunda təkcə Yeni Azərbaycan Partiyasının iştirakı düzgün olmazdı. O zaman Azərbaycan cəmiyyəti YAP-a və qalanlara bölünə bilərdi, bu zaman sağlam cəmiyyətin və dialoqun aparılmasından heç söhbət getməzdi. Siyasi dialoqun siyasi partiyalarla iqtidar arasında başlanması birmənalı şəkildə ölkədaxili stabilliyə xidmət edir, çünki qarşıda həm Qarabağ savaşının- aprel döyüşlərinin təkrarlanması durur, həm də ölkədaxili stabilliyi pozmaq, ölkəni xaosa çevirmək istəyən xarici qüvvələr, həm də onların daxildə araqarışdırmaq üçün "beşinci kolonu" var. Neçə illərdir müxtəlif görüşlərdə və yazılarımda həmişə qeyd etmişəm ki, Qarabağ məsələsinin həlli dörd amillə şərtləndirilir:
Güclü dayanıqlı iqtisadiyyatın yaranması; Ən müasir silahlarla təchiz edilmiş güclü ordunun təşkil olunması; Bu sahədə intensiv xarici siyasətin keyfiyyətlə aparılması; Ölkədaxili vətəndaş həmrəyliyinin təsbit edilməsi.
Sevindirici haldır ki, birinci üç şərt bütün keyfiyyətlərilə tətbiq olunur.
Dördüncü amilin həyata keçməsi isə göz önündədir.
Ondan başlayaq ki, fevral ayından etibarən mən də daxil olmaqla Prezident Aparatında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin olunmuş Ədalət Vəliyevlə siyasi partiya sədrlərinin təkbətək görüşləri baş tutdu. Bir, yaxud iki partiya liderini istisna etsək, bu görüş hər iki tərəfdən heç bir təmənna güdülmədən digərləri tərəfindən müsbət qarşılandı. Digərlərin təxmin etsəm də, hansı mövzuda söhbət etdiklərinin şərhindən çox uzağam. Amma, mənimlə Azərbaycan dövlətinin dayanıqlı və davamlı inkişaf perspektivindən söhbət edildi. Doğrusu söhbətimiz uzun çəkdi. Çünki, təkcə siyasi partiyaların özlərini yenidən dirçəltməsi, quruculuqdan söhbət getmədi. Görüşdə Azərbaycanın bütün sahələrinin dirçəldilməsi, inkişaf etdirilməsi və son nəticədə bütün bunların hamısının vahid hala gətirilməsi  mövzusu müzakirə oldundu. Bu da qürurvericidir, çünki Azərbaycan təkcə iqtidarın deyil ki, həm də siyasi partiyalar və ictimai təşkilatlar daxil olmaqla bütün xalqındır. Konstitusiyamızda yazıldığı kimi: "Hakimiyyətin mənbəyi xalqdır".
Bütövlükdə YAP istisna olmaqla, siyasi partiyaların sosial bazaları böyük olmasa da intellekt cəhətdən və təşklatçılıq bacarıqları  kasad deyil, sadəcə olaraq şəraitin olmaması (Buraya Milli Məclisdən kənarda qalan siyasi partiyaların maliyyələşməsi, qərargahla təmin olunması, rayon təşkilatlarının yaradılması və fəaliyyətində əngəllərin aradan qaldırılması daxildir) onların ictimai-siyasi həyata biganə qalması ilə nəticələndi, bu da siyasi partiyaların lazımsızlığına gətirib çıxartdı.
Amma, 2020-ci ili siyasi partiyaların fəaliyyətinidə dönüş ili hesab etmək olar. Belə ki, Milli Məclisə 9 fevral seçkiləri vəziyyəti kökündən dəyişdi. Milli Məclisdə siyasi islahatların aparılması, müxalifətin Məclis rəhbərliyində təmsil olunması (Milli Məclis sədrirnin müavini, komitə sədrlərini müavinlərinin əksəriyyətinin müxalifət nümayəndəsindən seçilməsi) belə deməyə əsas verir ki, bu siyasi islahatlar təkcə Milli Məclisin divarları arasında sıxılıb qalmayacaq, daha geniş spekteri və digər strukturları da əhatə edəcək. Prezidentin yeni Milli Məclisin ilk iclasında dediyi kimi: "Heç bir şərt qoymadan siyasi dialoqun aparılması vacibdir".
Bəli, bu gün Azərbaycanın stabil və dayanıqlı inkişaf etməsində hər bir kəs məsuliyyət daşıyır, o cümlədən də siyasi partiyalar.
Demokratik dövlətin əsas seqmentlərindən biri də çoxpartiyalılıq sistemidir. Heç kimə sirr deyil ki, fikir müxtəlifliyi və demokratik təsisatlar cəmiyyətin rəngarəngliyinə gətirib çıxarır, bu da öz növbəsində inkişafa təkan verir. Təbiidir ki, əgər bu fikir müxtəlifliyi səhv başa düşülüb xaosa, qeyri-stabilliyə yol açmayacaqsa, bu çox vacib, hətta deyərdim ki, arxivacibdir. Yoxsa, bəzi xarici qüvvələrin "beşinci kolonu" çoxdan demokratik təsisatlardan bəd niyyətlə istifadə etmələri, artıq heç kimə sirr deyil.
Biz  elə dövrdə və qarışıq zamanda yaşayırıq ki, siyasi dialoq, siyasi və vətəndaş məsuliyyəti heç birimizdən yan keçməməlidir, çünki dayanıqlı və davamlı inkişaf dövlətimizi daha da gücləndirir və ön sıralara çıxmasını zəruri edir.
Milli Vəhdət Partiyasının sədri                                             Yunus Oğuz
15.03.20
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ