Ərdoğanın üç tərəfli görüşü maraqla gözlənilir-MARTIN 5-də
Tarix: 24-02-2020, 08:44
Baxılıb: 2 523
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğanın üç tərəfli görüşü maraqla gözlənilir-MARTIN 5-də

24-02-2020, 08:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Rusiya, Almaniya və Fransa liderləri ilə Suriyanın idlib vilayətindəki vəziyyəti müzakirə edəcəyini bildirib.
"Biz martın 5-də bir ayara gəlib, bu məsələni gündəmə gətirəcəyik" - deyə, Ərdoğan cümə günü Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefon danışılarından sonra televiziya çıxışı zamanı bildirib.
Türkiyə prezidenti sammitin yeri barədə məlumat verməyib. Bu haqda bəyanat Angela Merkelin 4 tərəfli müzakirələr çağırışdan sonra səslənib.
Bu regionda yüz minlərlə insan Suriya prezidenti Bəşar Əl-Əsəd qüvvələrinin çoxsaylı cəbhələrdəki hücumlarından qaçıb.
Ərdoğan bildirib ki, Türkiyə artıq 4 milyona yaxın qaçqına sığınacaq verib və əlavə 1 miylon insanın qəbulu imkansızdır.
Bu ay Suriya rejimi tərəfindən 17 türk əsgərinin öldürülməsi Moskva ilə Ankara arasında gərginlikləri artırıb.
Türkiyə Rusiyanın dəstəklədiyi Suriya hökümət qüvvələrinin doqquz il davam edən müharibədən sonra üsyançıların nəzarət etdiyi ərazini yenidən ələ keçirməsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbinə minlərlə qoşun və hərbi avadanlıq göndərib.
//Amerikaninsesi.org
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ