Daha bir dairədə nəticə dəyişəcək? - Statistika
Tarix: 14-02-2020, 23:55
Baxılıb: 1 063
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir dairədə nəticə dəyişəcək? - Statistika

14-02-2020, 23:55

Ötən gün Mərkəzi Seçki Komissiyasının 4 dairənin nəticəsini ləğv etdikdən sonra digər dairələrdən şikayətləri prosedura uyğun olaraq, DSK-lara göndərməsi sözügedən dairələrdə bəzi məntəqələrin nəticələrinin ləğvi ehtimalını doğurub.
Seçki qanunvericiliyinə görə, dairədəki məntəqələrin 5/2-nin nəticəsi ləğv olunduqda və bu, seçicilərin səslərinin 25 faizindən çoxunu təşkil etdikdə, dairənin ümumi nəticəsi də ləğv edilir. Ancaq məntəqələrin ləğvi dairədəki seçkinin nəticəsinə təsir etmədikdə də nəticəyə təsir göstərə bilir. Belə ki, liderlik edən namizəd onu az fərqlə təqib edən rəqibi ilə yerlərini dəyişə də bilir.
Avromedia.az araşdırma gedən dairələrdəki lider namizədlərlə onların ən yaxın təqibçilərinin müqayisəsini təqdim edir:
10 saylı Binəqədi:
Lider namizəd Madər Musayev – 11 min 142 səs
Ən yaxın təqibçisi Anar Əliyev – 1509 səs
***
11 saylı Qaradağ:
Aydın Hüseynov – 9563 səs
Səxavət Soltanlı – 1608 səs
***
18 saylı Nərimanov-Nizami:
Rasim Musabəyov – 7906 səs
Ceyhun Yusifov – 4156 səs
***
42 saylı Sumqayıt:
Tahir Mirkişili – 6949 səs
Ceyran Həsənova – 1324 səs
***
45 saylı Abşeron:
Oktay Əsədov – 12523 səs
Ceyhun Musaoğlu – 947 səs
****
14 saylı Xəzər:
Soltan Məmmədov – 13122 səs
Şəfəq Əhmədova – 6071 səs
***
15 saylı Yasamal:
Ülvi Quliyev – 4071 səs
Azər Quliyev – 1462 səs
***
28 saylı Sabunçu:
Eldar Quliyev – 9858 səs
Xatirə Cabbarova - 4687 səs
***
57 saylı Kürdəmir:
Əminə Ağazadə – 10946 səs
Rəşad Qəribov – 2424 səs
***
60 saylı Salyan-Neftçala:
Fəzail Ağamalı – 11363 səs
Axundov Etibar – 4550 səs
***
67 saylı Cəlilabad:
Malik Həsənov – 14310 səs
Atabala Pənahov – 1940 səs
***
72 saylı Yardımlı-Masallı:
Musa Qasımlı – 12257 səs
Sərvər Əliyev – 5562 səs
***
73 saylı Lənkəran:
Rüfət Quliyev – 9375 səs
Güloğlan Bağırov – 2615 səs
***
79 saylı İmişli:
Razi Nurullayev – 2705 səs
Murad Fərzəliyev – 2663 səs
***
81 saylı Beyləqan:
Şahin İsmayılov – 13200 səs
Ruhiyyə Mehdiyeva – 1739 səs
***
91 saylı Ucar:
Ramil Həsən – 9643 səs
Əbil Məmmədov – 2237 səs
***
92 saylı Zərdab-Ucar:
Jalə Əliyeva – 11609 səs
Urfan Əhmədov – 4063 səs
***
95 saylı Tərtər:
Sahib Alıyev – 8684 səs
Eldar Əsədov – 4757 səs
***
109 saylı Balakən:
Nəsib Məhəməliyev – 15917 səs
Elmir Mirəliyev – 3068 səs
***
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd:
Elman Məmmədov – 13585 səs
Elxan Süleymanlı – 1822 səs
***
125 saylı Zəngilan-Qubadlı:
İmamverdi İsmayılov – 6800 səs
Faiq Kərimov – 2449 səs.
Mütəxəssislərin sözlərinə görə, əksər dairələr arasında səs fərqi böyük olduğundan, bir neçə məntəqənin ləğvi nəticəni dəyişməyəcək.
Yalnız 79 saylı İmişli seçki dairəsində Razi Nurullayev (2705 səs) və Murad Fərzəliyev (2663 səs) arasında səs fərqi az olduğundan bu dairədə dəyişiklik istisna edilmir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ