Şok görüntü: Maykl Cekson yaşayır?
Tarix: 4-11-2019, 21:41
Baxılıb: 254
Google+ Paylaş
Tumblr Paylaş

Şok görüntü: Maykl Cekson yaşayır?

4-11-2019, 21:41

Pop musiqisinin kralı Maykl Ceksonun yaşadığı barədə iddialar var.
Kult.az Musavat.com-a istinadən xəbər verir ki, məlum olduğu kimi, dünya pop musiqisinin kralı hesab edilən Maykl Cekson 2009-cu ildə Los-Ancelesdəki evində ölü tapılmışdı. Məşhur musiqiçinin həkimi Konrad Muray bildirmişd ki, musiqiçi yüksək doza ilə propofol qəbul etdiyi üçün ürəyi dayanıb.
Bu günlərdə Maykl Ceksonun təqlidçisi kimi tanınan, ispaniyalı musiqiçi Sergio Kortezin son paylaşımı hər kəsi şoka salıb. Belə ki, o öz Tvitter hesabında 23 dekabrda Tailandın Pattaya şəhərində iştirak edəcəyi proqram ilə bağlı videogörüntü paylaşıb. Videonu görən kəs şoka düşərək, Maykl Ceksonun yaşadığına inanıb. İzləyicilər pop kralının ölmədiyini, ispaniyalı müğənninin adı altında yaşadığını iddia edib. Minlərlə izləyici Sergio Kortezdən DNT analizi verməsini tələb edib.
Bu olay izləyicilərə 2016-cı ildə baş verən hadisəni xatırladıb. Belə ki, həmin ildə pop kralının qızı Parisdə olarkən öz səhifəsində selfi çəkdiyi şəkli paylaşmışdı. Avtomobilin arxa oturacağında səklin arxa fonuna düşən şəxs büsbütün Maykl Ceksona bənzəmişdi. Hər kəs onun Maykl Cekson olduğunu iddia etmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ