"Elə bil şou-biznes bir-biri ilə düşməndir" - Zamiq
Tarix: 4-05-2019, 20:10
Baxılıb: 25

"Elə bil şou-biznes bir-biri ilə düşməndir" - Zamiq

4-05-2019, 20:10

Müğənni Zamiq Hüseynov televiziya proqramlarına və sənət dostlarına səsələnib. 

Axşam.az-ın məlumatına görə, "Zaurla Günaydın" proqramına qonaq olan ifaçı bildirib ki, verilişlər onları insanlara pis təqdim edirlər:

"Gəlin, bir-birimizi az vuraq. İnsanlar tərəfindən elə qəbul olunub ki, şou-biznes bir-biri ilə düşməndir. Biz belə deyilik axı, mehribanıq. Ailəvi tədbirlərdə olanda səmimiyik, yaxınıq. Efirlər elə göstərir ki, sanki biz düşmənik... 

Bizim səhvləri insanlara qabarıq şəkildə çatdırıb, bizi vurmayın. Bunlara yol verməyin".
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ