Çexiyalı məşhur caz ustası vəfat etdi
Tarix: 2-10-2019, 21:48
Baxılıb: 792
Google+ Paylaş
Tumblr Paylaş

Çexiyalı məşhur caz ustası vəfat etdi

2-10-2019, 21:48

Çex müğənnisi Karel Qott 80 yaşında vəfat edib.
Bu barədə TASS məlumat verir.
Müğənninin ölüm səbəbi hələlik dəqiqləşdirilməyib. Ancaq sentyabr ayında sənətçi kəskin leykozdan əziyyət çəkdiyini etiraf etmişdi. O, Praqadakı xəstəxanaların birində müalicəyə başladığını bildirmişdi.
Karel Qottu çex pop musiqisinin kralı və bülbülü adlandırırdılar. O, həmçinin Sovet İttifaqının da rəğbətini qazanmış və rus dilində mahnılar yazmışdı. Qott müğənnilik karyerasına 1950-ci illərdə başlayıb.
Qottda bir neçə il əvvəl limfa sisteminin xərçəngi aşkar edilmişdi. O, müalicəsinə görə bir neçə il səhnəni tərk etsə də, 2017-ci ildə karyerasına qayıtmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ