“Gözüm görə-görə qaraciyərimi deşiblər”
Tarix: 30-09-2019, 20:18
Baxılıb: 1 138
Google+ Paylaş
Tumblr Paylaş

“Gözüm görə-görə qaraciyərimi deşiblər”

30-09-2019, 20:18

"O qadın demişdi ki, səni hər yerdən çıxdaş edəcəm, bu aləmdən siləcəm".
Avromedia.az xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində şairə Nazilə Səfərli aşıqlardan biri haqda danışarkən deyib. Şairə onu toy camiəsindən silmək istəyən qadından söz açıb:
"Evimdə ağır xəstəm var idi. 2 min manata olan dərman almalı idim. O toya ki, mən getməli idim. Oradan aldığım qazancla həmin dərmanı alacaqdım. Toy sahibi üç gün qalmış dedi ki, sən o qədər tanınmış deyilsən, başqa aşıq xanım gələcək. Anam dedi ki, o, gəlsin. Həmin aşıq da "Nazilə gəlirsə, mən gəlmirəm" deyə, şərt qoyub. Belə şeylər məni dəmir etdi. Həyat döydü məni. Utandım Aşıq Zülfiyyəyə deyəm ki, həmin pulu dərmana verəcəm. Dedim ki, evimin damını bağlayıram, bir aylıq mənə 2 min manat verə bilərsən? Qisas qiyamətə qalmır. O, məni silməyində olsun, özü silindi getdi".
N.Səfərli dəfələrlə əməliyyat masasına uzandığını da etiraf edib:
"Xəstəxanalarda yaşayırdım. Qaraciyərimdən dörd dəfə əməliyyat olunmuşam. Narkoz almağa pulum olmayıb. Gözüm görə-görə narkozsuz qaraciyərimi deşiblər. Bibim qızları əyninə paltar alanda sevinirdik ki, köhnələcək, gəl il biz geyinəcəyik. Onda bizim qapımızı açan kim idi?".
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ