Günayın 50 yaşlı CAVAN ANASI
Tarix: 12-09-2019, 08:58
Baxılıb: 2 528

Günayın 50 yaşlı CAVAN ANASI

12-09-2019, 08:58

Müğənni Günay İbrahimli sosial şəbəkədə anasının fotosunu paylaşıb.
Sfera.az xəbər verir ki, o, anasının ad gününü təbrik edərək, ona ürək sözlərini yazıb.
"O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır.
Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım”.
Foto qısa müddət ərzində izləyicilər tərəfindən çox bəyənilib. 
Onlar da xoş sözləri ilə təbriklərə qoşulublar.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ