“Gecəni Toliklə baş-ayaq yatdıq” – Şəbnəm Tovuzlu (Video)
Tarix: 16-08-2019, 14:43
Baxılıb: 1 040

“Gecəni Toliklə baş-ayaq yatdıq” – Şəbnəm Tovuzlu (Video)

16-08-2019, 14:43

Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişində Tolik barədə danışıb.
Avromedia.az xəbər verir ki, sənətçi Tolikin illər öncə məclislərin birində onu qorumasından söz açıb.
“2006-cı ildə skripka ifaçısı Ramin Brilliant xanımla toylara gedən vaxtlarında məni Xızıya böyük bir banketə apardı. Getdim gördüm ki, Zamiq Hüseynov, Səidə Sultan da orada idi. Çox hörmətli, gözəl insanların məclisi idi. İlk dəfə Toliki orada gördüm. Arıq, balaca, sakit bir qız idim. Gecə dedilər, səhərə də məclis var, qalın.
Mən qorxdum, nə olursa olsun, evə qayıtmaq istədim. Tolik dedi ki, mən buradayam, qorxma. Ona sığındım, gecəni baş-ayaq yatdıq. Səhəri də özü məni Bakıya gətirdi. Onun fədakarlığını heç vaxt unutmaram. Hacıya da danışmışam. İlk dəfədir bu barədə danışmışam”.
Tolik onun bu sözlərinə zarafatla cavab verib: “Sənə bir sirr açım, o vaxt sən Hacını tanımırdın, Hacı məni tanıyırdı. Səni mənə tapşırmışdı ki, bu qızdan muğayat ol, mən onu 10 ildən sonra alacam”.ölke.az
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ