Nazilə və Xoşqədəm davası böyüyür
Tarix: 14-09-2021, 17:23
Baxılıb: 3 901
Google+ Paylaş
Tumblr Paylaş

Nazilə və Xoşqədəm davası böyüyür

14-09-2021, 17:23

Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında uzun müddətdir davam edən məhkəmə işi başa çatıb. Məhkəmə qərarına əsasən N.Səfərli aparıcıdan üzr istəməli idi. Bir müddət əvvəl isə şairənin üzr məktubu bəzi sosial şəbəkə profillərində paylaşılıb.

Məsələ ilə bağlı axşam.az-a müsahibə verən Nazilə Səfərli bildirib ki, üzr məktubunu o, yazmayıb. O söyləyib ki, qarşı tərəfdən nə yazılı, nə də şifahi formada üzr istəyib

"Məhkəmə olanda Bakıda deyildim. Yazıblar ki, guya mən üzr istəmişəm. Mən də 1 ay dincəldim. Bir çox insanlar məsələnin nə olduğunu məndən soruşur, savadlılar isə bunu soruşmadı. Savadlı adam görür ki, üzr istəmək belə olmur. Cahillərə necə başa salım? Məhkəmə çoxdan bitib. O, sözü deyən şəxs özü üzr istədi. Mənim üzr istəmək fikrim yoxdur, olmayıb, istəmədim də".

"İddia edilirdi ki, müsahibədə "Ərim keçmişdə Xoşqədəmi yox, məni seçdiyi üçün məndən qisas alır" sözünü işlətmisiniz. Siz isə belə bir ifadə demədiyinizi açıqladınız. Niyə məhkəmə bu həddə çatdı" sualına N.Səfərli belə cavab verib:

"Bütün bu işlərin başında dəxlisiz məişət mövzusu var idi. Onlar məni "Xəzər TV" pəncərəsindən mənə aidiyyatı olmayan biri ilə vurdular. Nəslimdə nə qədər adam var, kiminsə çıxıb məndən şikayət etməsi düzdür? Hər nəslin bir çürük alması var. Bunun mənə nə aidiyyatı var?

Həmin sözü "Show-news" saytı yazmışdı. Adam çıxdı təkzib etdi, sonra da 500 manat təzminat ödədi. Üzr də istədi. Mən də təkzib etdim. Amma demədiyim söz üçün üzr istəmədim".

N.Səfərli bir müddət əvvəl polis idarəsinə aparılması haqda xəbərlərə aydınlıq gətirib:

"Hay çıxdı ki, polis saxlayıb, bölməyə aparılmışam. Belə bir şey olmayıb. Aparılmışamsa, hanı görüntü? Niyə mənim piarımı edirlər? Evimdə otururam, baxıram ki, gündəmdəyəm. Durub kənardan tamaşa edirəm... Sən demə, mən Polad Ələmdəram, xəbərim yoxdur (gülür). Görün, mən kiməm... Naxçıvana uçurmuşam, hava limanında tutublar (gülürBir gün Tarix Əliyev zəng etdi ki, Moskvaya gedəcəksən? Dedim, bəli. Qayıtdı ki, filankəs deyir o, Moskvaya getsə, it kimi ulayaram. Dedim, hələ toya var, indidən başlamayın (gülür). Siz çörəklə oynayırsız? Həmin ərəfədə polis söhbəti yayıldı. Axtarışda idimsə, necə iki gün sonra Moskvaya getdim? Nə etmişəm? İşimin adı xına, toy aparmaqdır. Televiziyadan asılı olan adam deyiləm. Belə ki, məni bir il evdə qapadın, çıxıb bir kəlmə deyəcəm, yenə yer yerindən oynayacaq. Kimsə kamera arxasında özünü nəhəng hiss edir. Üzr istəməmişəm, təkrar deyirəm istəməmişəm".

"Yekun məhkəmə qərarında nəticə nə oldu" sualına N.Səfərli belə reaksiya verib:

"İyulun 30-da guya, "Show-news" saytında bir üzr kağızı çıxıb. Həmin "üzr" avqustun 13-də sözügedən sayt tərəfindən paylaşılıb. Başqaları da bunu sosial şəbəkədə yayımlayıblar. Buradan sual verirəm, mənim səhifəmdə həmin üzr var idi? Tutaq ki, üzr istədim. İndi sizləri "Show-news" saytının 30 iyul buraxılışına baxmağa dəvət edirəm. Axı saytda o tarixdə həmin yazı yoxdur... Sayt olmayan üzr yazısını 13 tarixində 30-u paylaşım etmiş kimi sosial şəbəkədə yerləşdirib (gülür). Ağlı yerində olan insanam, kimsə zorla bunu etdirə bilməz. Üç-dörd sayt bunu yaydı, biri də quyruqbulayan idi. Savadlı jurnalistlər isə bu yazını yazmadı. Şou-biznesdə nə qədər üzrlər istəndi. Hansı belə dəxlisiz olub?

Üzr istəmək eyib deyil, amma yanlış qapı döyülmüşdü. Həmin adam mən deyiləm, ölərəm üzr istəmərəm. Məhkəməyə çıxdım, hər iki tərəfin vəkili orada idi. Hakim sual verdi ki, sizi 30 sutka həbs gözləyir. Dedim, hazıram. Qayıtdı, amma üzr istəyə bilərsən. Dedim, hazır deyiləm. Bu işin axırı nədir, cəza? Cəzamı istədim. Qüruruma görə tutulacam... Buna görə fəxr edirəm".

"Bəs 500 manat cərimə ödəməyiniz məsələsi gerçək deyildi" sualını isə şairə təsdiqləyib:

"Məhkəmədə 500 manat cərimələndim, növbəti məhkəməni gözləyirdim. Bir də gördüm xitam verildi. Nəticə etibarı ilə mənə xoşdur. Xitam olunmuş işin nəyini araşdırım? Özüm bilirəm ki, bunu mən etməmişəm. Məni böyük bilirlər, üzürüm vacibdir yəqin. Xəyalda olsa da, yaratmaq istəyirlər. Dönə-dönə deyirəm üzr istəməmişəm.

Cəmiyyəti yanıltmaq olmaz. Yalan yayaraq, insanları aldatmaq olmaz. Teleməkanda insanın həyatını təhqirə gətirmək olmaz. Mənəm, məndən danışın! Hamının ailəsində hər şey var".

N.Səfərlinin vəkili Fuad Bədəlov isə məsələ ilə bağlı "Saytlarda yerləşdirilən xəbərlərin məsuliyyətini sayt daşıyır. O halda ki, orada olan məlumatlar məhz onların öz adından qeydə alınıb. Yəni həmin məlumatlar hansısa fiziki və hüquqi şəxs tərəfindən istər yazılı, istərsə də müsahibə formasında təqdim olunmayıb" sözlərini söyləyib

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ