Ömrünün son günlərində halallıq aldım- Günay İbrahimli
Tarix: 15-07-2021, 20:09
Baxılıb: 4 016
Google+ Paylaş
Tumblr Paylaş

Ömrünün son günlərində halallıq aldım- Günay İbrahimli

15-07-2021, 20:09

Sənətə gələndə komanda şəklində çalışırdıq. Adımı dəyişib Banu etmək istəyirdilər. Düşündüm ki, Banu kimi tanındım, axı əsl adım deyil. Nə yaxşı ki, buna icazə vermədim".

Bu sözləri müğənni Günay İbrahimli "Söhbət musiqidən gedir" proqramında deyib. Sənətçi babasının onun sənətə gəlməyinə etiraz etdiyini söyləyib:

"Tək babam yox, qohumlar etiraz edirdilər. Amma babamın ömrünün son günlərində halallıq aldım. Müğənniliyimi qəbul etməyən babamı çox istəyirdim. Onu o vaxt ermənilər girov götürmüşdü. Babamın o vaxtdan səhhətində problemlər yaranmışdı. Ona görə də ömrünün sonunda xəstə oldu. Xəstəxanada yatanda yanında idim. Stolda olan jurnalı götürdü və dedi ki, səninlə fəxr edirəm (ağlayır)".

Günay anasının onun üçün aldığı mahnıdan bəhs edib:

"Kasıb ailədə dünyaya göz açmışam. Anam görürdü ki, gücüm çatmır. Səsim, bacarığım olsa da maddiyat lazımdır. Tural Məmmədli yazan bir mahnı var idi. Anam qızıllarını satıb, mənə "Sənsiz" mahnısını alıb. Amma heç o mahnını oxumadım".

Sənətçi aparıcı Leyla Quliyevanın "Səhnəyə ilk gələndə demişdin ki, Aygün Kazımova, Röya Ayxandan sonra mənəm. İndi nə deyirsən" sualına belə cavab verib:

"Dediyim oldu, səhnədə Günay oldum. Özümü xoşbəxt hiss edirəm ki, tək tanınmış ifaçı yox, xalqın sevgisini qazanmışam. Getdiyim yerlərdə gözəl sözlər eşidirəm. Alqış müğənni üçün böyük işdir".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ