Zeynəb Xanlarovanın ölüm xəbərini kim yayıb?
Tarix: 19-05-2020, 15:25
Baxılıb: 3 145
Google+ Paylaş
Tumblr Paylaş

Zeynəb Xanlarovanın ölüm xəbərini kim yayıb?

19-05-2020, 15:25

Xalq artisti Zeynəb Xanlarovanın ölməsi ilə bağlı məlumatların artıq yalan olduğunu hamı bilir.

Bunu açıqlamasında Zeynəb Xanlarovanın qohumu, əməkdar artist Mehriban Xanlarova deyib. O bildirib ki, Z.Xanlarova Bakıda ailəsinin yanındadır:

“Bu məlumatı xaricdə yaşayan bloger Orxan Ağayev adlı şəxs yayıb. Kişi olan kəs belə bir şayiə yaymaz. Zeynəb xanımla danışmışıq, evində - ailəsinin yanındadır və səhhəti qaydasındadır. Allah ona uzun ömür versin, düşmənlərinin də gözü çıxsın! Allah o məlumatı yayan insanın cəzasını versin!”

Qeyd edək ki, ötən gecə xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı yalan məlumat yayılıb və bu, ciddi narazılığa səbəb olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ