Nəsib Nurun AzTV-dəki verilişi bağlandı
Tarix: 23-05-2019, 18:32
Baxılıb: 566

Nəsib Nurun AzTV-dəki verilişi bağlandı

23-05-2019, 18:32

Teleaparıcı Nəsib Nurun AzTV-də yayımlanan “Anşlaq” verilişi yayımını dayandırıb.
Axşam.az-ın məlumatına görə, tanınmış incəsənət nümayəndələrinin qonaq olduğu veriliş ötən ilin sentyabrından efirə gedirdi. Verilişin bağlanması ilə yanaşı, N.Nurun işdən çıxarıldığı da bildirilir.
Məsələ ilə bağlı AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a açıqlama verib:
“Nəsib bəy AzTV-dən ayrılmayıb. Sadəcə, verilişin yayım müddəti başa çatıb. Onun AzTV-dəki fəaliyyəti davam edir. Tezliklə yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ