“Eurovision” təmsilçimiz Çingiz haqda bilmədikləriniz
Tarix: 18-05-2019, 09:50
Baxılıb: 484
Google+ Paylaş
Tumblr Paylaş

“Eurovision” təmsilçimiz Çingiz haqda bilmədikləriniz

18-05-2019, 09:50

Bu axşam İsrailin Təl-Əviv şəhərində "Eurovision 2019" mahnı müsabiqəsinin böyük finalı baş tutacaq. Ölkəmizi sözügedən müsabiqədə 20 nömrə altında "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edəcək.
Avromedi.az təmsilçimizi daha yaxından tanıtmaq məqsədilə onun haqda bioqrafik məlumatlar toplayıb:
- Çingiz Mustafayev Rusiya Federasiyasının Moskva şəhərində anadan olub və uşaqlıq illərini orada keçirib.
- Sovet İttifaqı dağıldıqdan sonra baş verən qarışıqlıq dövründə o, Azərbaycana - Qazaxa köçür. Qazaxdakı kənd həyatı Çingizə gitara musiqi alətində ifa etməyi öyrənməyə kömək olur. Uzun yay günləri, diqqətin az yayılması və intuitiv musiqi qabiliyyəti təkrarsız və ritmik ifa onda üslubunun formalaşmasına gətirib çıxarıb. 
- 2008-ci ildə ATV-də yayımlanan "Yeni ulduz - 7" müsabiqəsinin qalibi olub.
- 2011-ci ildə İctimai TV-də yayımlanan "Avroviziya" milli seçim turunda iştirak edib, lakin ölkəmizi beynəlxalq müsabiqədə təmsil etmək ona qismət olmayıb.
- 2013-cü ildə Azərbaycanı Yurmalada keçirilən "Yeni Dalğa"  müsabiqəsində təmsil edib. Müsabiqə çərçivəsində Polina Qaqarina ilə bir səhnəni bölüşən Çingiz nəticədə 11-ci yerdə qərarlaşıb.
- 2016-cı ildə Ukraynanın "Qolos" səs yarışmasında iştirak edib. Yarışmada iştirakını dayandırdıqdan sonra Çingiz özünün qurduğu "Palmas" qrupu ilə birlikdə çıxış etməyə başlayıb. Onlar əsasən Azərbaycan milli musiqisini flamenko, rok və pop musiqisi ilə qarışdıraraq ifa edirlər.
- "Tənha gəzən", "Get" və s. hit mahnıların müəllifidir.(Qafqazinfo)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ