Kann kinofestivalında ulduz axını başladı
Tarix: 14-05-2019, 23:02
Baxılıb: 31

Kann kinofestivalında ulduz axını başladı

14-05-2019, 23:02

Fransada möhtəşəm Kann kinofestivalı başlayıb. 
Avromedia.az xəbər verir ki,  72-ci dəfə təşkil edilən festival gecəsində Pedro Almadovar, Ksavye Dolan, Terrens Malik, Kventin Torontino və digər məşhur rejissorlar ərsəyə gətirdikləri ekran işlərini nümayiş etdirəcəklər.
Bu il münsiflər heyətinə Alexandro Qonsales İnyarritu başçılıq edir. Festival çərçivəsində Cim Carmuşanın “Ölülər ölmürlər” filmi dünya kino elitasına təqdim olunacaq. 
Hazırda festivalın ən maraqlı anlarıdır - dünya ulduzlarının qırmızı xalı üzərində  keçidi başlayıb. Ulduzlu gecənin qonaqları gözqamaşdıran libasları ilə kameraların önünə keçərək, verdikləri cəsarətli pozlarla diqqətləri öz üzərinə cəlb edirlər.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ