Damladan sərt sözlər: "Zamanında məni alçaldıblarsa..."
Tarix: 3-02-2020, 20:23
Baxılıb: 1 632
Google+ Paylaş
Tumblr Paylaş

Damladan sərt sözlər: "Zamanında məni alçaldıblarsa..."

3-02-2020, 20:23

Yersiz və əsassız qadağalara tuş gəlirəm. Çoxları deyir ki, belələri niyə efirə çıxır? Bunlar niyə oxuyur? Bunlar niyə üzdədir? Bunlara kim qulaq asır? Hardadır o dedikləri milyon baxışlar? Bunlar hamısı saxtadır, yalandır. Amma repertuarıma nəzər salsaq, görərik ki, nə mahnılarımın sözlərində, nə melodiyalarında, nə də ki çəkdirdiyim kliplərdə bayağılıq və bəsitlik var.
Avromedia.az ölkə.az-a istinadən bildirir ki, bu sözləri müğənni Damla "ATV Maqazin 10larla" proqramında deyib.
Sənətçinin "İkinci dəfə ərə getmək planınız var?" sualına reaksiyası belə olub:
"Allah nə yazıbsa, o da olacaq. Bu dəqiqə deyim ki, namizəd var və mən ərə gedirəm, belə bir şey yoxdur. Hər qadın kimi həyatımda sevgi olmasını mən də istəyərəm. Amma qısa müddətli, əyləncəli, zamanı boşa xərclənən münasibətlərdən qaçıram. Çünki duyğularım və hisslərim mənim üçün çox qiymətli və dəyərlidir. Hər dəfə onu alıb, sata bilmərəm".
Daha sonra Damla illər öncə Nadir Qafarzadə və Xalq artisti Tünzalə Ağayevanın onun barəsində söylədikləri tənqid dolu fikirlərə münasibət bildirib:
"İstər bizdən yaşca böyük sənətkar olsun, istər bu sahədə illərlə çalışanlar olsun, çox istərdim ki, yeni gələn ifaçılara müraciət formalarında bir az etika qaydalarına riayət etsinlər. Bu gün mən gəncəm, hər hansısa bir Xalq artisti əl sallayaraq, kəskin formada və sərt şəkildə məni tənqid yox, təhqir edirsə, mən də illər sonra səhnəyə gələn yeni ifaçılara eyni reaksiyanı verəcəm. Bunu mən zamanında Xalq artistlərindən belə görmüşəm. Zamanında məni təhqir ediblərsə, mən də yeni gələn ifaçılara bu cür münasibət göstərməliyəm. Bizi təhqir edib ələ salmaq, yaradıcılığımızı gülüş obyektinə çevirmək doğru deyil. Tünzalə Ağayeva pedaqoqdur. Həm də gözəl bəstəkardır. O xanım barəmdə daha gözəl çıxış edə bilərdi".
Damla sözügedən proqramda "Azərbaycanda "Meqastar" yoxdur" deyərək, iddialı fikirlər səsləndirib. O, bu mövzuda fikirlərini belə ifadə edib:
"Azərbaycanda dünya ulduzu yoxdur. Yalandan yekə-yekə danışmayaq. Bizim bütün dünyada tanınan bir sənətçimiz yoxdur. Kişi sənətçilərin canında tənbəllik var. "Meqastar" deyə biləcəyim Azərbaycanda kişi müğənnisi yoxdur".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ