Hacı Nuranın doğum günü bitdi... - Fotolar
Tarix: 1-02-2020, 19:42
Baxılıb: 1 629
Google+ Paylaş
Tumblr Paylaş

Hacı Nuranın doğum günü bitdi... - Fotolar

1-02-2020, 19:42

"Bu gün minlərlə, bəlkə də milyonlarla təbrik aldım. Əslində, bu təbriklər mənim üçün bir ay əvvəldən başlayır".
Axşam.az xəbər verir ki, bu sözləri günlərdir sosial şəbəkələrdə təbriklər alan və müxtəlif proqramlarda doğum gününü qeyd edən aparıcı Hacı Nuran Hüseynov yazıb. O, doğum günü partilərinin yekununu Xalq artisti Fəxrəddin Manafovun evində vurub.
Hacı Nuran aktyor və həyat yoldaşı Vahidə xanımla fotosunu paylaşaraq özünü yeni doğulan körpə kimi hiss etdiyini bildirib:
"Bir az özümü yeni doğulan uşaq kimi hiss edirəm. Sevinirəm, fərəhlənirəm. Anamın sözü yadıma düşür: Ad gününü böyüyə keçirərlər, uşağa yox. Uşaq onsuz da nə baş verdiyini anlamır, böyük isə başa düşür ki, yaşa dolur, sona bir addım da yaxınlaşır. Mən hər ad günümdə dünyası dəyişmiş atamı və anamı xatırlamasam olmur. Özümdən asılı deyil. Axı, onlar olmasaydı, mən də doğulmazdım və mən Anamı bu gün də xatırladım. İllah da Vahidə xanımın doğma, səmimi simasını görəndə. İlahi, insan bu qədərmi mehriban, canayaxın olar? Onda bir ana şəfqəti, bir bacı sevgisi hiss edir insan. Yəqin bu səbəbdəndir ki, Fəxrəddin Manafov kimi sənətkarı illərdir özünə məftun edib. İki gözəl insanın mənim üçün özəl bir süfrə hazırlaması o qədər gözlənilməz idi ki. Gözlənilməz olduğu qədər də xoş, fərqli idi. Günün yorğunluğunu bu ocaqda unutdum. O qədər xoş oldu ki... Yaxşı ki varsınız, əzizlərim. Gözəl və özəl günümə sizinlə yekun vurmaq çox möhtəşəmdir!".
Qeyd edək ki, H.N.Hüseynovun 42 yaşı tamam olub.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ