İlham Əliyev 5 sərəncam imzaladı
Tarix: 6-11-2019, 20:27
Baxılıb: 1 621
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev 5 sərəncam imzaladı

6-11-2019, 20:27

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Avromedia.az sərəncamın mətnini təqdim edir:
1. Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Əliyev Ağasəf Dünyamalı oğlu
Qurbanov Rəhman Əlisgəndər oğlu
Məmmədov Aqil Nəcəfəli oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Ağayev Bağış Ağaqulu oğlu
Əliyev Yaşar Aşır oğlu
Məhərrəmov Yaşar Üzeyir oğlu
“Tərəqqi” medalı ilə
Abdullayev Ənvər Əmiraslan oğlu
Budaqov Ələddin Məhəmməd oğlu
Əmrəliyev Rafiq Mehi oğlu
Əskərov Əskər Əkbər oğlu
İsmayılov Rəhimulla Dadaş oğlu
Mustafayev İzzət Mehti oğlu
Tağıyev Mərdan Mirzə oğlu.
***
İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında televiziya və radio sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar jurnalist”
Əzimova Mətanət Əlirasim qızı
Hüseynov Murad Məhəmməd oğlu
Xəlilov Vüqar Nəriman oğlu
İsgəndərov Sahil Məmməd oğlu
İsmayılov Rasim Mustafa oğlu
Qafarova Aynurə Vəli qızı
Məhərrəmova Afət Telman qızı
Məmmədli Mahir Rafət oğlu
Məmmədova Gözəl Dağbəyi qızı.
“Əməkdar mədəniyyət işçisi”
Babayev Faiq Həsənağa oğlu
Əsgərov Mahəddin İsax oğlu
Fərəcov Ənvər Çingiz oğlu
Hacıyev Ramin Zahid oğlu
Həsən-zadə Rövnəq İmran oğlu
Şahbazov Hikmət Məmmədağa oğlu
Vəliyev Vüqar Tariyel oğlu.
“Əməkdar incəsənət xadimi”
Axundov Vasif Hafis oğlu.
“Əməkdar artist”
Cəfərov Səbuhi Aslan oğlu.
“Əməkdar mühəndis”
Ağalarov Faiq Seyidağa oğlu
Seyidov Nofəl Rəsul oğlu.
***
İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cavadov Nemət Rövşən oğlu
Cəfərli Minijə Cəmşid qızı
Həşimov Murad Əhməd oğlu
İbrahimova Zülfiyyə Məhəmməd qızı
Kərimov Əhməd Musa oğlu
Qurbanov Samir Telman oğlu
Məmmədov Məmmədəli Nazim oğlu
Məmmədov Söhbət İsrafil oğlu
Musayev Ranar Rafael oğlu
Nəcəfli Anar Əşrəf oğlu
Sadıqov Faiq Əbülfəz oğlu
Şahbazov Rüfət Kamal oğlu
Şamıyeva Həyat Rəhman qızı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ