TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ
Tarix: 17-10-2019, 17:30
Baxılıb: 887
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİİ GÖZƏLLİYİN 7 SİRRİ

17-10-2019, 17:30

Bir çox qadın mükəmməl və qüsursuz görünmək üçün bədxərclik etməkdən çəkinmir, onlarla kosmetik vasitəyə və ya əməliyyata üz tutur. Lakin həm cibə, həm də sağlamlığa zərər vuran bu metodlardan uzaq olmaqla da mükəmməl görünüşə qovuşmağın yolları var.

Avromedia.az qüsursuz görünmənizə yardımçı ola biləcək 7 əvəzsiz gözəllik sirrini təqdim edir.

Gözəl dəri üçün

Bəlkə də cibinizə zərər verəcək kimyəvi kosmetik vasitələr yerinə daha ucuz başa gələn uşaq pudrasından istifadə edin. Digər professional məhsullar qədər təsirlidir. Bu pudra ilə makyajınız inanılmaz görünəcək. Makyajınızı tamamladıqdan sonra qalan pudranı yumşaq fırça ilə təmizləyə bilərsiniz.

Daha bəyaz dişlər üçün

Dişlərin bəyazlığı qüsursuz görüntü üçün önəmlidir. Təəssüf ki, şirniyyat, çay, qəhvə kimi qidalar diş minasının üzərində ləkələr və izlər buraxır və saralmağa yol açır. Ev şəraitində bunun öhdəsindən gəlmək üçün sadə üsul var. Tək ehtiyacınız olan isə aptekdən əldə edə biləcəyiniz kömür həbləri. Bir neçə həbi əzin. Diş fırçasını əvvəl suya sonra toza batırın. 5 dəqiqə dişlərinizi ovalayın. Proseduru 2 həftə tətbiq etdikdən sonra nəticəyə inanmayacaqsınız.

Saralmış dırnaqlar üçün

Saralmış dırnaqlarınızı ağartmaq istəyirsinizsə, bir az sodaya ehtiyacınız var. Soda dırnaq ətini yumşaldır və dırnaqlara zərər vermədən parladır. 2 çay qaşığı peroksid və yarım çay qaşığı sodanı qarışdırıb dırnaqlarınıza çəkin. 5 dəqiqə gözlədikdən sonra yuyun. Metodu bir neçə gün ara ilə tətbiq edin.

Hind yağı dırnağın uzanmasına kömək edir. A vitamini ayrılmış dırnaqları müalicə edir. Badam yağı möhkəmləndirir. Zəif dırnaqlarınızın üzərinə limon suyu çəkin. 2 həftədən sonra nəticədən razı qalacaqsınız.

Botoksa alternativ

Qaşlarınızın arasında qırışıqlıq varsa, qırışığın üzərinə tibbi bant yapışdırın və səhərə qədər saxlayın.

Qüsursuz qolaltı üçün

Qollarınızın alt qismi tünd rəngdədirsə sadə və inamlı metod tətbiq edə bilərsiniz. 1 yemək qaşığı bal və rəndələnmiş kömür həbini qarışdırın. Qarışığı tünd yerlərə çəkin. 20 dəqiqə gözləyin və yuyun. Qarışımdan qalıbsa, üz maskası kimi istifadə edə bilərsiniz. Proseduru həftədə ən az 2-3 dəfə edin.

Şişmiş ayaqlar üçün

Bu simptomla qarşılaşırsınızsa, öncə həkimə müraciət edin. Şişmiş ayaqlardan qurtulmaq üçün türkəçarələrə gəlincə, bunun üçün cəfəriyə ehtiyacınız olacaq. Cəfərini yuyub blenderdən keçirin. Daha sonra üzərinə isti su əlavə edib termosda saxlayın. Gündə 3 dəfə süzərək için.
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ