D vitamini infeksion xəstəliklərdən qoruyur?
Tarix: 16-10-2019, 19:10
Baxılıb: 1 801
Google+ Paylaş
Tumblr Paylaş

D vitamini infeksion xəstəliklərdən qoruyur?

16-10-2019, 19:10

“Bədənimizdə əhəmiyyətinə görə öndə olan vitaminlərdən biri də D vitaminidir. D vitamini bizim körpə və uşaqlarımızın sümük sisteminin inkişafı, yəni sümüklərinin sağlam böyüməsinin təmin edilməsi üçün çox əhəmiyyətlidir”.

Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Pediatr deyir ki, D vitamini körpələr doğulduqdan sonra onlara verilir və ən az 1 il, ümumiyyətlə, 3 yaşına kimi verilməsi profilaktik olaraq nəzərdə tutulur: “D vitamini qidalarımızda çox azdır. D vitamini əsasən günəş şüalarından əldə olunur. Bu baxımdan nəzərə alsaq ki, bu il yay çox qısa davam edib və uşaqlarımız kifayət qədər günəşlənə bilməyib, ona görə də D vitaminin profilaktik olaraq verilməsi daha da məqsədəuyğun hesab olunur. Bu məsələdə digər məqam isə D vitamininin infeksion xəstəliklərə qarşı müqaviməti artırmasıdır. D vitamini bədənimizin immun sistemini aktivləşdirir və xəstəliklərə tutulma riskini azaldır. Nəzərə alsaq ki, havaların soyuması ilə əlaqədar infeksion xəstəliklər, xüsusilə, tənəffüs yollarının xəstəlikləri artmaqdadır, bu zaman D vitaminin əhəmiyyəti daha da yüksəlir”.

Onun sözlərinə görə, D vitamininin çatışmazlığı qan analizi ilə müəyyən edilir və müalicə də bu istiqamətdə aparılır. Qanda vitaminin vəziyyətinə baxılmadan kor-koranə yüksək dozalarla verilməsi qətiyyən doğru deyil. Bu vitamin bədəndə yığılıb qalır, ona görə yüksək dozada verəndə ciddi fəsadlara səbəb ola bilər: “Həkimlərimiz və valideynlərimiz bu məsələdə çox diqqətli olmalıdırlar. Körpələr dünyaya gəlməmiş anaların da qanında D vitaminin nə dərəcədə olması araşdırılmalıdır. Çünki körpələrə profilaktik olaraq təyin olunan bu vitamin analara, xüsusi ilə hamilələrə çox vacibdir. Uşağına süd verən analarda bu hal xüsusilə müşahidə olunur: müayinə zamanı D vitamini çox aşağı səviyyəni göstərir. Tövsiyə olunur ki, analar da müayinə olunsun. Çünki ana sağlam və südündə D vitamini olarsa, daha çox faydalı olar. Ana südü verməsə belə, ananın da sağlam olması, az xəstələnməsi, psixoloji vəziyyətinin yaxşı olması (çünki D vitaminin azlığı böyüklərdə psixoloji vəziyyətə təsir edir) sağlam uşaq böyütməsi mənasına gəlir”
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ