Yaz yorğunluğuna çarə olan tərəvəzlər
Tarix: 3-05-2019, 21:14
Baxılıb: 38

Yaz yorğunluğuna çarə olan tərəvəzlər

3-05-2019, 21:14

Günəşin öz şüalarını göstərdiyi və təbiətin canlanmağa başladığı yaz fəsli insanlar üzərində tam əks təsir yaradır. Havadakı elektrik yükünün və bununla əlaqəli olan müsbət-mənfi yüklü ionların kəskin artıması sinir sisteminə təsir edərək stresə və dolayısı ilə yaz yorğunluğuna gətirib çıxarır.
Axşam.az xəbər verir ki, qidalanmaya diqqət edərək yorğunluğun qarşısını almaq mümkündür. Əgər sizdə halsızlıqdan əziyyət çəkirsinizsə, bu məhsullardan istifadə edin.

1. Enginar
C vitamini, fol turşusu, fosfor və maqnezium kimi minerallarla zəngin olan enginar eyni zamanda antioksidant qaynağıdır. Cəmi 56 kalori olan bu tərəvəz artıq çəki ilə mübarizədə də ən yaxşı yardımçıdır.
2. Çiyələk
Çiyələyə qırmızı rəng verən antosiyan maddəsi güclü antioksidant hesab edilir. İmmuniteti artırır, yorğunluğu aradan qaldırır. Gündə 12 ədəd çiyələk C vitamini ehtiyacınızın tamamını qarşılayır.
3. Pərpətöyün
Tərkibindəki A vitamini, sink, forfor, maqnezium və kalsium kimi vitaminlərlə zəngin bu bitki "super qida" ünvanını alıb. Qeyd edək ki, pərpətöyündə yüksək miqdarda omeqa-3 yaş turşusu var. Bu da zehni inkişaf üçün vacib maddədir.
4. Ananas
Ananas şişkinliyin atılmasında xüsusi rol oynayır. Bu da bədəni əlavə çəkidən azad etdiyi üçün yorğunluğun qarşısını alır. Tərkibində bromelayn olan bu meyvə immunitet dostu hesab edilir. Günlük 2 dilim ananas sizi gün boyu enerjili huss etdirəcək. Artıq qəbul edilməsi bəzi allergik reaksiyalar səbəb ola bilər.
5. Alça
Turşməzə dadı ilə böyükdən kiçiyə hərkəsin sevimlisi olan alça lif qaynağıdır. Bu da qəbizliyin qarşısının alınmasında, bədəndən toksinlərin atılmasında mühüm rol oynayır. A və C vitaminləri ilə zəngindir. İştahsızlığın qarşısını alır.
6. Çuğundur
Çuğundurun həm kökü, həm də yarpaqları vitamin və mineral qaynağıdır. Kökü yüksək dərəcədə antioksidan xüsusiyyətinə malikdir. İmmuniteti artırır, qan azlığında faydalıdır. Tərkibindəki K vitamini isə qanın laxtalanmasında mühüm rol oynayır.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ