Şəkər xəstəliyinin yeni səbəbi...
Tarix: 28-09-2019, 22:56
Baxılıb: 1 166
Google+ Paylaş
Tumblr Paylaş

Şəkər xəstəliyinin yeni səbəbi...

28-09-2019, 22:56

Şəkərli diabetin daha bir səbəbi aşkarlanıb.
Avromedia.az bildirir ki, yeni araşdırmalara görə, insulin disbalansı diabetin yeganə səbəbi deyil. Alimlərə görə, qaraciyərdə olan problemlər də diabetə gətirib çıxara bilər. İsveçrədə aparılan yeni tədqiqatın nəticələri göstərir ki, kök insanlarda diabetin yaranma səbəbi qaraciyərdə yağın toplanmasından birbaşa asılıdır.
"Bizim gəldiyimiz nəticələr göstərir ki, indiyə kimi məlum olan insulin disbalansından başqa, qaraciyər yağlanması da ikinci tip diabetin inkişafına kömək edir", deyə müəlliflər bildirib.
Alimlər eksperimenti davam etdirməyi və heyvanlarda xəstəliyin inkişafını modelləşdirməyi planlaşdırırlar.
Qeyd edək ki, qanda şəkər səviyyəsi əsasən iki hormonla tənzimlənir. Bu, qanda qlükozanın səviyyəsini azaldan-insulin, onu artıran-glukagondur. Onların təsiri altında, qaraciyər qlükozanın səviyyəsini - istehsal və yenidən bölüşdürməklə tənzimləyir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ