Varikoz zamanı türkəçarə vasitələr
Tarix: 26-09-2019, 18:50
Baxılıb: 1 135
Google+ Paylaş
Tumblr Paylaş

Varikoz zamanı türkəçarə vasitələr

26-09-2019, 18:50

Son statistik məlumatlar göstərir ki, dünya üzrə hər 2-3 qadından birində bu və ya digər formada varikoz xəstəliyi var.

Kosmetik qüsur yaradan və qadınlara geyim seçimində ciddi məhdudiyyətlər qoyan bu xəstəlik inkişaf etdikcə çox ağır fəsadlar verə bilir.

Ən ağır belə fəsadlardan biri ağciyər arteriyasının tromboemboliyasıdır ki, xəstə damarda əmələ gələn tromb qan axını ilə ağciyər arteriyasına düşərək onu bağlayır və bu da bəzi hallarda hətta ölümə səbəb ola bilər.

Bunları nəzərə alaraq varikozun ilk simptomlarında (ayaqlarda ağırlıq, ağrılar, şişkinlik, damarların qabarması) həkim fleboloqa müraciət etmək və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün lazım olan müalicələr almaq lazımdır.

Ev şəraitində əsas müalicə ilə yanaşı bəzi türkəçarə vasitələrdən də istifadə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, tək bu vasitələrdən istifadə etməklə xəstəliyin inkişafını ləngitmək və fəsadların qarşısını almaq mümkün deyil.

Beləliklə, varikoz xəstəliyi zamanı hansı təbii vasitələr kömək edə bilər?

1.
Alma sirkəsi yerli qan dövranını yaxşılaşdırır, ağrıları və şişkinliyi azaldır. Sirkədə əski isladıb xəstə damarların üzərinə kompress şəklində qoymaq olar.

2. At şabalıdı
Qadınla.Com bildirir ki, yeməli şabalıdın yaxın “qohumu” olan at şabalıdı əsrlər boyu varikoz xəstəliyinin müalicəsində istifadə olunur. At şabalıdı əsasında çoxlu sayda müxtəlif gel və məlhəmlər hazırlanır. At şabalıdı şişkinliyi və ağrıları azaldır, kapilyarları möhkəmləndirir, trombların riskini azaldır.

50 qr at şabalıdının qabıqları götürülür. Üzərinə yarım l araq tökün, 2 həftə ərzində qaranlıq yerdə saxlayın, sonra süzün. Dərman hazırdır. (İstifadə qaydası alma sirkəsində olduğu kimidir).

3.
Min dərdə dərman olan zeytun yağı da varikozun müalicəsində istifadə olunur. Yağı bir qədər isidin, xəstə damarlara çəkin, çox yüngül massaj edin.

4.
1 baş sarımsağı blenderdə əzin, üzərinə 2 x.q. zeytun yağını əlavə edin, qarışdırın, 1 gün saxlayın. Sonra kompreslər üçün istifadə edin
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ